Icma.az
close
up
RU
“Slotla münasibətim yoxdu” Salah çarpıcı açıqlamalar verdi

“Slotla münasibətim yoxdu” Salah çarpıcı açıqlamalar verdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” düşərgəsi indi yanğın yerinə bənzəyir.

"Football-plus.az" xəbər verir ki, Məhəmməd Salah ardıcıl üç oyunda start heyətinə salınmadı, bunların ikisində, ümumiyyətlə, meydanda görünmədi və “Lids”lə oyundan sonra, nəhayət, media önünə çıxdı. Onun 7 dəqiqə davam edən müsahibəsindən ən maraqlı məqamları nəzərinizə çatdırırıq.
Klubun davranışı haqda
Çox-çox məyusam. Bu illər ərzində, xüsusən də ötən mövsüm klub üçün çox şey etmişəm. Ehtiyat oyunçular skamyasında 90 dəqiqə oturmağıma inana bilmirəm. Artıq üçüncü dəfə belə oldu. Ehtiyatda qalmağımın səbəbini bilmirəm. Belə çıxır ki, klub günahı mənim üzərimə yıxır – hiss etdiyim budu. Düşünürəm ki, hər şey aydındı: kimsə bütün günahım üzərimdə qalmasını istəyir. Yayda mənə çox şey vəd etdilər. Onların sözlərini tutduqlarını deyə bilmərəm. Belə durumla barışmayacam. Bu klub üçün çox şey etmişəm.
Arne Slot haqda
Baş məşqçi ilə yaxşı münasibətlərim var idi, qəfil heç bir münasibət yoxdu. Mənə elə gəlir ki, kimsə məni klubda görmək istəmir. Baş məşqçi ilə aramızda heç bir münasibət yoxdu. Yəqin ki, o mənim hisslərimi anlayır.
Gələcək haqda
Həmişə bu kluba azarkeşlik etmişəm, uşaqlarım da həmiçə onu dəstəkləyəcək. Həmişə bu klubu sevəcəm. Dünən anama zəng edib dedim ki, “Brayton”la oyuna gəlin, oynayıb-oynamayacağımı bilmirəm, amma məmnun olacam. Afrika Millətlər Liqasına yollanmaq ərəfəsində azarkeşlərlə vidalaşmaq və üçün “Enfild”də olacam. Sonra nələrin baş verəcəyini bilmirəm.
Müqavilə haqda
Yeni müqavilə imzaladığıma görə təəssüflənirəmmi? Təsəvvür edin ki, bu suala səmimi cavab vermək mənim üçün necə çətindi. Düşündüm ki, müqavilə müddətini uzadacam və karyeramı burda bitirəcəm. İndi beynimdə yalnız bu fikir fırlanır: niyə hər şey məhz belə bitməlidi? Ona görə ki, yetərincə yaxşı formadayam, cəmi 5 ay əvvəl bütün fərdi mükafatları qazanmışam, bəs niyə məsələlər belə istiqamət üzrə inkişaf edir? Bağışlayın, indi bütün komanda həmin formada deyil, ancaq təkcə mən özümü müdafiə etməli oluram.
Xidmətləri haqda
Klub üçün etdiklərimdən sonra bu durumu qəbul etmək çətindi. Evdən çıxarkən bilmirsən ki, start heyətində olacaqsan, ya yox. Sabah Ceymi Karrager yenidən efirdə mənə hücum edəcək. Premyer-liqaya gələndən bəri bu nəsildə hamıdan çox qol vurmuşam. Hər kəs deyir ki, Monu günahlandırın, o komanda üçün problemdi. Düşünmürəm ki, problem mənlə bağlıdı. Heyətdə yerimlə bağlı qorxu keçirmirəm, çünki bunu haqq etmişəm. Klubdan artıq deyiləm, amma start heyətində yerə layiqəm.
Sonda xatırladaq ki, Salah cari mövsümdə premyer-liqada keçirdiyi 13 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib, Çempionlar Liqasında keçirdiyi 5 oyunda göstəricisi 1+1-di. 33 yaşlı misirli vingerin klubla müqaviləsinin müddəti 2027-nin yayına qədərdi. Salah Afrika Millətlər Kubokuna yollanır ki, orda Misirin qrupdakı rəqibləri Zimbabve, Cənubi Afrika və Anqola olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri