Icma.az
close
up
RU
Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Buxarest, 6 dekabr, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərinə olub. O, Timişoaranın meri və hakim koalisiyada olan “Rumıniya Xilaskarlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub. Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın “Avropanın mədəniyyət paytaxtı” statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin o, Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Rumıniyada dövlət səviyyəsində qeyd olunan Milad bayramı və bu ölkədə qeyd olunan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib. Bundan əlavə, səfər çərçivəsində səfir Qüdsi Osmanov Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "İnokentsiu Klein" “Qocalar evi”ni də ziyarət edib. Azərbaycanlı diplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri, şirniyyatlar təqdim edib.

Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

-1 / 4

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri