“Titanik”in sərnişinin saatı 100 minə satılacaq
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Titanik”in batması zamanı sərnişinlərdən birinin dayanan cib saatı hərracda təxminən 100 min dollara satılacaq.
News24.az Lent.az-a istinadla xəbər verir ki, "Titanik"in uruqvaylı sərnişini Ramon Qomezin gəmi batdığı zaman saat 4:53-də dayanan cib saatı hərraca çıxarılacaq. Mütəxəssislər hesab edirlər ki, kolleksiyaçılar bu nadirlik üçün təxminən 100 min dollar ödəməyə razı olacaqlar.
Qomez qəza zamanı çimərlik kreslosunu tutaraq özünü xilas etməyə çalışıb. Onun meyiti “Titanik”in batmasından bir həftə sonra tapılıb. Şəxsi əşyaları ilə birlikdə müsadirə edilən saat bərbad vəziyyətdə olub.
Hərrac təşkilatçıları saatı “Titanik”lə əlaqəli “emosional cəhətdən ən güclü” əşyalardan biri və əsl kolleksiyaçı əşyası kimi təsvir edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 Noyabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















