Tıxac problemindən canını qurtarmaq istəyənlər nə etməlidirlər? VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bakıda tıxac problemi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Yüzlərlə insan hər gün yollarda saatlarla vaxt itirir. Tıxaca düşməmək üçün şəhər mərkəzindən uzaq yerdə ev aldığını deyənlər də var.
"Əvvəllər mərkəzə yaxın ərazidə qalırdım. Tıxac probleminə görə Buzovnadan ev aldım. Çox uzaq olduğundan şəhər mərkəzinə gəlmək üçün bir neçə nəqliyyat vasitəsi dəyişməli oluram. İki saata yaxın vaxtım gedir", - deyə Baku TV-nin mövzu ilə bağlı sorğusu zamanı paytaxt sakini söyləyib.
Əmlak məsələləri üzrə ekspertlər bildirirlər ki, vətəndaşlar ev seçərkən qiymət və təmir qədər nəqliyyat amilinə də diqqət yetirməlidirlər. Həmçinin iş yerinə yaxın ərazidə ev almaq hər gün azı iki-üç saat vaxt qazandırır.
Şəhərsalma üzrə mütəxəssislərin fikrincə isə urbanizasiya probleminin qarşısını almaq üçün həm də dünyanın inkişaf etmiş şəhərlərində həyata keçirilən müxtəlif metodlardan istifadə olunmalıdır. Çünki hazırda tıxacdan uzaq qalmaq üçün vətəndaşların axın etdiyi Hövsan, Günəşli kimi ərazilərdə də tıxacların yaranması qaçılmaz ola bilər.
Baxış sayı:203
Bu xəbər 09 İyun 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















