Tıxacda bunu edən sürücülərə xəbərdarlıq Məsuliyyətə cəlb olunacaqsınız
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Şəhərdə tıxacların artması yanğınsöndürən və xilasetmə avtomobillərinin hadisə yerinə vaxtında çatmasına mane olur.
Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə şəhərdaxili yollarda sıxlıq müşahidə olunur. Bu vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların hərəkətində ciddi çətinliklər yaradır. Sezar pizza
FHN xüsusilə bəzi sürücülərin yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsinin hadisə yerinə çatma vaxtını uzatdığını və nəticələrin operativ aradan qaldırılmasına mane olduğunu açıqlayıb.
Nazirlik sürücüləri yollarda hərəkət edən operativ nəqliyyat vasitələrinə dərhal yol verməyə çağırıb.
Qeyd olunub ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.
FHN vurğulayıb ki, belə gecikmələr təhlükədə olan insanların həyatının xilas edilməsinə də mane ola bilər.
"Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb", – deyə nazirlikdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















