Tıxacda qalan sürücülərə şad xəbər
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusilə pik saatlarda pik həddə çatan tıxaclar sürücülərin yolculuğunu əsl əziyyətə çevirir. Lakin saatlarla növbədə gözləmək əvəzinə, digər avtomobillərin üstündən keçməyə imkan verən qeyri-adi bir SUV bu problemlə bağlı maraqlı həll yolu təqdim edib.
“Yeni Sabah” xarici mediaya istinadla xəbər verir ki, “Jeep Grand Cherokee” modeli əsasında hazırlanan “Hum Rider” adlı bu avtomobil qarşıdakı maşınların arasından deyil, birbaşa onların üzərindən keçə biləcək şəkildə dizayn olunub.
“Hum Rider”ın en diqqətçəkən özəlliyi korpusu təxminən 2,7 metr yüksəkliyə qaldıran hidravlik asqı sistemidir. Bir düyməyə basmaqla nəqliyyat vasitəsinin alt hissəsindən hidravlik qollar çıxır, təkərlər yana doğru genişlənir və SUV-nin gövdəsi yuxarı qalxır. Normal sürüş rejimində isə hidravlik mexanizm yenidən bağlanaraq avtomobili əvvəlki kompakt halına qaytarır. pizza sifarişi
Bu sıradan kənar mexanizmin işləməsi üçün nəqliyyat vasitəsinə 90 metrdən çox hidravlik boru quraşdırılıb. Sistem üçün tələb olunan enerjini isə "Honda" markalı benzin generatoru təmin edir. Əlavə olunan qurğular səbəbindən avtomobilin çəkisi iki dəfədən çox artaraq 3 850 kiloqrama çatıb. Çəki artımını qarşılamaq üçün maşın xüsusi yük avtomobili təkərləri ilə təchiz olunub.
Nəqliyyat vasitəsi havaya qalxdıqda sürücünün aşağı hissəni pəncərədən görməsi mümkün olmadığı üçün alt bölməyə 4 ədəd xüsusi kamera yerləşdirilib. Kameralardan gələn görüntülər salondakı ekranlara ötürülür və sürücü digər maşınların üstü ilə hərəkət edərkən ətrafı rahatlıqla izləyə bilir.
Qeyd edək ki, “Hum Rider” seriyalı istehsal üçün deyil, “Verizon” şirkətinin texnoloji xidmətlərini nümayiş etdirmək amacıyla cəmi 1 ədəd hazırlanıb.
Baxış sayı:100
Bu xəbər 16 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















