Tıxacda dayanan sürücü fıstıq yeyib qabıqlarını yola tökdü VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxt küçələrindən birində maşından yola zibil atan sürücü lentə alınıb.
Avtosfer.az-ın məlumatına görə, video “TikTok” sosial şəbəkəsində paylaşılıb. Belə ki, tıxacda dayanan 99-LU-160 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü yediyi çərəzin qabıqlarını asfalta töküb. Bu zaman görüntünü qeydə alan sürücü “10 saniyə tıxacda dayandı, onda da fıstığın qabıqları ilə yolu nə hala saldı. Cərimələnsələr də yenə öz bildiklərini edirlər” deyərək iradını bildirib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən yollara və yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















