TMTM marşrutu üzrə dəmir yollarında “dar boğazlar”la bağlı tədbirlər planı imzalanıb
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib.
Bu barədə 525.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Beynəlxalq tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.
Forum çərçivəsində “Nəqliyyat əlaqəliliyi və nəqliyyat dəhlizlərinin sinxronizasiyası” mövzusunda panel iclas, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası təşkil edilib. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) ölkələrinin nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.
Beynəlxalq tədbirdə bir sıra mühüm sənədlər imzalanıb. Buraya TMTM marşrutu üzrə dəmir yolu seqmentində mövcud “dar boğazlar”ın aradan qaldırılması məqsədilə tədbirlər planı, Transxəzər marşrutu üzrə nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının yekunları ilə bağlı kommünike daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















