Icma.az
close
up
RU
TNS səfəri və yarımfinaldan gözləntilər (MÜSAHİBƏ)

TNS səfəri və yarımfinaldan gözləntilər (MÜSAHİBƏ)

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsdə TNS-in qonağı olacaq. Komandalar arasındakı ilk oyunda “bayquşlar” inamlı qələbə qazanıb – 2:0.

AFFA Məşqçilər Komitəsinin üzvü, millinin sabiq çalışdırıcısı Vaqif Sadıqov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– “Sabah” Çempionlar Liqasında ilk dəfə səfər oyununa çıxacaq. Matçdan gözləntiləriniz nələrdir?
– Təmsilçimiz ilk görüşdə yaxşı oyunla qələbə qazandı. Düşünürəm ki, bugünkü matçda da qalibiyyət “Sabah”ın olacaq. Komandanın keyfiyyəti və ilk oyunda sərgilədiyi performans bunu deməyə əsas verir.

– TNS-in erkən qolu “bayquşlar”ın planlarını poza, hansısa təhlükə yarada bilərmi?
– Açığı, düşünmürəm. Çünki “Sabah” ötən mövsümdən bu yana çox yaxşı futbol sərgiləyir. Geriyə düşsələr belə, oyunu çevirmək gücündədirlər. Dambrauskas yaxşı komanda formalaşdırıb və həm hücumda, həm müdafiədə effektiv oynaya bilirlər. Fikrimcə, “Sabah” səfərdə də qələbə qazanacaq.

– Uels klubu Çempionlar Liqasında daha təcrübəlidir. Mərhələ keçə bilməsələr belə, daim təsnifatda olublar. Bu amil onlara üstünlük qazandırır?
– “Sabah” Çempionlar Liqasında ilk dəfə mübarizə aparsa da, daha əvvəl Avropa Liqası və Konfrans Liqası oyunlarına çıxıb. Məncə, təcrübə problemi yaşanmayacaq. Təmsilçimizin səviyyəsi daha üstündür və TNS-in onlara çətinlik yaşada biləcəyinə inanmıram.

– Növbəti mərhələdə rəqib böyük ehtimalla Finlandiyanın “KuPS” komandası olacaq. Onlar uelslilərdən daha keyfiyyətlidir…
– Demək olar, Uels və Finlandiya futbolu bir-birinə bənzəyir. Hər iki ölkənin komandaları hava toplarına, standart vəziyyətlərə çox üstünlük verir. Buna baxmayaraq, “Sabah” həm TNS-dən, həm “KuPS”dan üstündür. Bunları boşuna demirik. Təmsilçimiz mövsümün ilk matçı olsa da, Uels klubuna qarşı kifayət qədər yaxşı oynadı, onlara heç hücum şansı vermədi. Bu oyunu davam etdirmək lazımdır. “Sabah”ın Çempionlar Liqasında daha irəli getmək potensialı var.

– Bu gün həm də dünya çempionatında Fransa – İspaniya yarımfinalı var. Proqnozunuz nədir?
– Hamı bu görüşü erkən final adlandırır, ancaq Argentina ilə İngiltərəni də hesabdan silmək olmaz. Bizi çox maraqlı oyun gözləyir. Fransanın yaxşı müdafiəsi və keyfiyyətli, kəsərli hücum xətti var. Həm də heyət çox təcrübəlidir. Digər tərəfdə isə gənc, dinamik, topla oynamağı sevən ispanlardır. Elə matçdır ki, kimisə üstün görə bilmirsən.

– Sizcə, kuboku qazanmağa kim daha yaxındır?
– Həm fransızlar, həm ispanlar, həm argentinalılar, həm də ingilislər çempionluğa layiqdirlər. Düzdür, məncə, Fransa – Argentina finalı olacaq. İndiki məqamda qələbəyə onlar yaxın görünür. Amma İspaniya və İngiltərənin də özünəməxsus oyunları var. Yamal və Bellingem bu mundialda daha çox önə çıxır. Onlar gəncdirlər və bu yaşda belə məsuliyyəti götürmək, komandanı finala daşımaq istəyi komandalarına əlavə güc verir. İngiltərə ilə İspaniya finala çıxsa, sürpriz olmayacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri