Icma.az
close
up
RU
Tofiq Musayev: Azərbaycan II Dünya Müharibəsi dövründə iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayıb

Tofiq Musayev: Azərbaycan II Dünya Müharibəsi dövründə iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 7 may, AZƏRTAC

“İkinci Dünya müharibəsi bəşəriyyətə saysız-hesabsız kədər gətirib. Onun miqyası, dağıntısı və insan itkisi misilsiz olub”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının İkinci Dünya müharibəsinin qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, müharibədə on milyonlarla insan həlak olub, şəhərlər xarabalığa çevrilib. Onun sözlərinə görə, müharibənin dəhşətləri və onun saysız-hesabsız qurbanlarının xatirəsi heç vaxt unudulmamalıdır. Tofiq Musayev əlavə edib ki, İkinci Dünya müharibəsi hər bir ölkəyə, xalqa, o cümlədən Azərbaycana da təsir göstərib.

“Müharibə hər bir azərbaycanlı ailəsində iz buraxdı. Azərbaycanın ovaxtkı 3,4 milyon əhalisindən 700 minə yaxın oğul və qızı cəbhəyə səfərbər edilmişdi. 350 mindən çox insan qurban oldu. Qələbə təkcə döyüş meydanında deyil, həm də arxa cəbhənin sarsılmaz iradəsi və fədakarlığı nəticəsində əldə olunub. Azərbaycan müharibə dövründə iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayıb. Paytaxt Bakının neftçiləri gecə-gündüz zəhmət çəkərək orduda istifadə olunan xam neftin 80 faizindən çoxunu, sürtkü yağlarının 96 faizindən çoxunu istehsal ediblər. Müharibə illərində Azərbaycanda 130-dan çox növdə hərbi texnika, silah və sursat istehsal edilib. Xalqımız ehtiyacı olanlara evini açıb, humanitar yardım göstərib. Təkcə Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi ki, burada 440 mindən çox yaralı əsgərə tibbi yardım edilirdi”,- deyə Tofiq Musayev bildirib. Onun sözlərinə görə, gələcək nəsilləri müharibə bəlasından xilas etmək istəyi Birləşmiş Millətlər Təşkilatının yaradılmasına və beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn inkişafına səbəb olub. Diplomat əlavə edib ki, sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, insan hüquqlarının və ədalətin təşviqi ilə bağlı məsələlərdə ayrıseçkilik və ikili standartlara yer yoxdur. Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliyimizi bir daha təsdiq etməli və münaqişələrin qarşısının alınması və nizamlanması, ciddi cinayətlərə görə cəzasızlığa son qoyulması, dezinformasiya ilə mübarizə, əməkdaşlığın gücləndirilməsi və sülh, ədalət və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq üçün qətiyyətimizi gücləndirməliyik”, - deyə səfir qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri