Icma.az
close
up
RU
Tofiq Musayev: Münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur

Tofiq Musayev: Münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi hələ də naməlumdur".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin ümumi müzakirəsində çıxışı zamanı bildirib.

Diplomat çıxışında Azərbaycanın insan hüquqlarının təşviqi və qorunması sahəsində milli tədbirləri və BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlığı vurğulayıb. O, üzv ölkələrin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə hökumətin münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumatlandırıb:

"Son beş il ərzində Azərbaycan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirib, bütün şəhər, qəsəbə və kəndləri yenidən quraraq yüzminlərlə məcburi köçkünün öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin edib. Artıq 50 000-dən çox şəxs evlərinə qayıdıb".

Ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarından da danışan səfir bildirib: ""Sosial-iqtisadi inkişaf sahəsində Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafın Milli Prioritetləri" adlı siyasət proqramına rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyət, rəqabətqabiliyyətli insan kapitalı, Böyük Qayıdış Proqramı, təmiz mühit və "yaşıl inkişaf" ölkəsi daxildir".

Diplomat bildirib ki, Azərbaycandakı mina təhlükəsinin miqyası və böyüklüyü milli humanitar minatəmizləmə qabiliyyəti və səyləri üçün artırılmış məsuliyyət, güclü həmrəylik və beynəlxalq dəstəyin təmin edilməsini tələb edir:

"Postmünaqişə mina qurbanlarının sayı 409-a çatıb, onlardan 71 nəfər ölüb, 338 nəfər ağır xəsarət alıb, əksəriyyəti mülki şəxslərdir".

Səfir itkin düşmüş şəxslər və kütləvi məzarlarla bağlı vəziyyətə toxunaraq qeyd edib: "1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur. İşğalın və münaqişənin bitməsindən sonra azad edilmiş ərazilərdə 28 kütləvi məzar və digər dəfn yerlərində 187 nəfərin qalıqları tapılıb. Bu məzarlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan şəxslərin qəsdən öldürülməsini üzə çıxarır".

T.Musayev, həmçinin bildirib ki, Azərbaycan münaqişə zamanı törədilmiş çoxsaylı vəhşilikləri milli qanunvericiliyə və beynəlxalq hüquq öhdəliklərinə tam uyğun olaraq araşdırıb və cinayətkarları məsuliyyətə cəlb etmək üçün qəti addımlar atır:

"Ciddi cinayətlərdə ittiham olunan şəxslərə hüquqi yardım göstərilir, ailələri ilə müntəzəm əlaqədə olurlar və həmçinin Ombudsman tərəfindən ziyarət edilirlər. Müvafiq beynəlxalq mexanizmlər onların azadlıqdan qanunsuz məhrum edilməsi iddialarını açıq şəkildə rədd edib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri