Icma.az
close
up
RU
Tokayev: Qazaxıstanda islahatlar davam etdiriləcək

Tokayev: Qazaxıstanda islahatlar davam etdiriləcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə həyata keçirilən islahatların bütün sahələri əhatə etdiyini və bu prosesin davam etdiriləcəyini bildirib.

Modern.az xəbər verir ki, prezident bu barədə ölkənin ali məşvərətçi orqanı olan Xalq Şurasının sessiyasında çıxış edərkən danışıb.

“Hazırda Qazaxıstan genişmiqyaslı transformasiya dövrünü yaşayır. Cəmiyyətimizin həyatının bütün sahələrində dərin islahatlar həyata keçirilir. Lakin dəyişikliklərin bununla yekunlaşdığını söyləmək olmaz. Onlar mütləq davam etdiriləcək”, – deyə prezident bildirib.

Tokayev xatırladıb ki, 2026-cı ildə ölkədə yeni Konstitusiya qəbul edilib. Daha sonra onun əsasında yeni, birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilib, vitse-prezident təyin olunub, Xalq Şurası formalaşdırılıb və Qazaxıstan Təhlükəsizlik Şurasının aparatı yaradılıb.

Prezident qeyd edib ki, respublika fəal şəkildə inkişaf edir və son yeddi il ərzində – Tokayevin 2019-cu ildə prezident seçilməsindən bəri – ölkə vətəndaşları “təkcə islahatların birbaşa şahidi olmayıb, artıq onların nəticələrini də hiss edirlər”.

Tokayev həmçinin Astanada mütəmadi olaraq yüksək səviyyəli tədbirlər keçirdiyini və digər dövlətlərin başçıları ilə danışıqlar apardığını bildirib.

“Qarşıma qoyduğum məqsəd tamamilə aydındır – Qazaxıstanı beynəlxalq arenada orta güc kimi təqdim etmək, tariximizi və mədəniyyətimizi beynəlxalq səviyyədə təbliğ etmək, dövlət maraqlarımızı müdafiə etmək və Qazaxıstanın imkanlarını irəli aparmaq. Mənim başqa niyyətim yoxdur”, – deyə Tokayev vurğulayıb.

Onun sözlərinə görə, bu, həm də Qazaxıstan xalqının ümumi məqsədidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri