Icma.az
close
up
RU
Tokayev Qazaxıstanda parlament islahatlarının məqsədlərini açıqlayıb

Tokayev Qazaxıstanda parlament islahatlarının məqsədlərini açıqlayıb

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə birpalatalı parlamentin yaradılmasını nəzərdə tutan islahatların əsas məqsədinin qanunverici orqanın peşəkarlığını gücləndirmək olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bu fikri parlament islahatları üzrə işçi qrupunun ilk iclasında səsləndirib.

“Parlament peşəkar olmalıdır. Onun proporsional sistem – partiya siyahıları əsasında formalaşdırılması təklifi də bu məqsəddən irəli gəlir. Birpalatalı parlament daxilində çoxpartiyalı sistem peşəkar əsasda siyasi dialoqun inkişafına təkan verəcək”, – deyə Tokayevin mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.

Tokayev əlavə edib ki, bu dəyişikliklər partiya quruculuğuna yeni tələblər qoyacaq və populizmə deyil, peşəkarlığa üstünlük veriləcək.

Qazaxıstan lideri daha əvvəl xalqa müraciətində birpalatalı parlamentin yaradılmasını təklif etmiş, bunun ictimai müzakirəyə çıxarılacağını və prosesin ən azı bir il çəkəcəyini bildirmişdi.

Prezidentin sözlərinə görə, 2027-ci ildə ümumxalq referendumu keçirilə bilər, ardınca isə konstitusiyaya müvafiq dəyişikliklər ediləcək. Tokayev hesab edir ki, yalnız partiya siyahıları ilə formalaşan birpalatalı parlament dünya təcrübəsinə uyğun daha səmərəli idarəetmə modeli təmin edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri