Tokayevdən maraqlı çağırış
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisini gündəlik nitqdə "inşallah" və "əlhəmdulillah" kimi ərəb mənşəli ifadələrin istifadəsindən imtina etməyə çağırıb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Astanada keçirilən Beynəlxalq "Qazax dili" Cəmiyyətinin qurultayında çıxışı zamanı son dövrlər ana dilindəki ənənəvi sözlərin ərəb leksikası ilə əvəzlənməsinin narahatlıq doğurduğunu bildirib.
"Biz qazaxıq, ərəb deyilik" deyən Kasım-Jomart Tokayev əsrlər boyu xalqın yaddaşında və dilində kök salmış milli qarşılıqların işlədilməsinin vacibliyini önə çəkib. Prezident vətəndaşlara gündəlik ünsiyyətdə "inşallah" əvəzinə "Quday qalasa" (Allah qoysa), "əlhəmdulillah" əvəzinə isə "Qudayğa şükür" (Allaha şükür) ifadələrini işlətməyi tövsiyə edib. Online alış-veriş
Bununla yanaşı, dövlət başçısı dini ayinlər və Ramazan ayı ilə bağlı terminlərin də qazax dilinin öz qaydalarına uyğun səsləndirilməsinin tərəfdarı olduğunu qeyd edib. Belə ki, "iftar" sözünün əvəzinə "auızaşar" (ağzı açmaq), "sahur" əvəzinə isə "səresi" kəlmələrinin istifadə olunması tövsiyə edilib.
Qazaxıstan rəhbəri dilçiləri və alimləri bu cür dil meyillərini dərindən araşdırmağa və ana dilinin saflığının qorunması istiqamətində sistemli iş aparmağa səsləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Noyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















