Tokiodan Nyu Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Yaponiyanın "Nippon Travel Agency" turizm şirkəti kosmik məkan vasitəsilə raket uçuşu xidmətini başlatmaq planlarını elan edib.
Oxu.Az-ın SCMP-yə istinadən məlumatına görə, xidmət 2030-cu illərdə başlayacaq və Tokio ilə Nyu-York və digər ABŞ şəhərləri arasında cəmi 60 dəqiqəyə uçuş etməyə imkan verəcək.
Gedib-gəlmə uçuşun qiyməti 100 milyon yen və ya təxminən 657 min dollar təşkil edəcək. Xidmət təkrar istifadə edilə bilən raket sistemlərinin hazırlanmasında ixtisaslaşan startapla əməkdaşlıq şəraitində təqdim olunacaq.
Xidmət üçün əvvəlcədən sifarişlərin qəbulunun 2026-cı maliyyə ilindən başlanması planlaşdırılır. Layihənin həyata keçirilməsi mərhələli şəkildə olacaq: 2026-cı ildə kosmik qida dequstasiyası və kosmosla əlaqəli yerüstü obyektlərə ekskursiya proqramları başlayacaq, 2040-cı illərə qədər isə orbitdə qalma xidməti işə salınacaq.
Əməkdaşlıq çərçivəsində "Nippon Travel Agency" əlaqəli məhsulların hazırlanması və təşviqi ilə məşğul olacaq. Tokio startapı "Innovative Space Carrier"in prezidenti Kodziro Hatada bildirib ki, şirkəti mümkün reyslərin sayını artırmaqla səyahət xərclərini azaltmağa çalışacaq.
Baxış sayı:70
Bu xəbər 29 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















