Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Tomas Freylixin qələti

Tomas Freylixin qələti

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud alman deputatın “fəlsəfi ermənipərəstliyi”nə sözardı

Avropanın nüfuzlu institutlarını təmsil edən elə şəxslər var ki, onlar üçün Cənubi Qafqazda yaşanan proseslər, heç bir halda, maraqlı deyil. Çünki belələri ağızlarını açanda yalnız öz gündəliklərini, daha doğrusu, qabaqlarına qoyulmuş siyasi “şparqalka”ları işə salırlar. Avropa Parlamentinin Almaniyadan olan deputatı Tomas Freylix də bu cür “axsaq düşüncə” sahiblərindəndir.

Deməli, Freylix Ermənistanın dövlət mediası olan “Armenpress” İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Avropa İttifaqı erməni xalqını təkcə sözdə deyil, əməldə də dəstəkləməlidir. Buna etirazımız yoxdur. Amma deputatın Ermənistandan danışıb söhbəti Azərbaycan üzərinə gətirməsi böyük qələtdir.

Əlqərəz, Freylixin dediyinə görə, Aİ səhv enerji siyasəti nəticəsində Azərbaycan qazından asılı vəziyyətə düşüb və məhz bu səbəbdən qurum Ermənistanı tam dəstəkləyə, Bakıya təzyiq göstərə bilmir. Üstəlik, o, Aİ-nin Azərbaycana təzyiq göstərməkdə acizliyini Türkiyə amili ilə də əsaslandırmağa çalışıb.

Alman deputat deyib ki, Ankara Aİ üçün hələ də mühüm ölkə olaraq qalır və ikincinin Bakıya qarşı atacağı istənilən addım birincinin etirazı ilə qarşılaşacaq və bu, arzuolunmazdır. Görəsən, alman deputat nə gözləyirdi? Bəlkə başqa cür olmalıdır? Ancaq məsələ bunda deyil. Çünki ölkəmiz mövcud müstəvidə Türkiyənin dəstəyinə ehtiyac duymur. Azərbaycan təkbaşına bütün təzyiq cəhdləri neytrallaşdırmaq imkanındadır.

Amma Freylixin doğru vurğuladığı məqamlar da var. Onlardan birincisi budur ki, Aİ-nin xarici siyasəti kənardan diktə olunur və Avropa suveren deyil. Deputatın fikrincə, qurum əvvəlcə münasibətlərini şaxələndirməli, öz suverenliyini və müstəqilliyini bərpa etməli, mövcud xüsusda Azərbaycan qazından asılılığını azaltmalıdır. Yalnız belə olduqda, Avropanın diplomatiyada və sülh quruculuğunda real rol oynaması mümkündür.

Freylixin yanlışlığına, daha doğrusu, primitivliyinə gəldikdə, o, “köhnə qitə”nin Azərbaycan qazından imtina ilə qazanacağı müstəqilliyi ermənipərəst niyyətlər naminə kökləməyə çağırır. Beləliklə, alman parlamentari sülh quruculuğu təsəvvürünü anti-Azərbaycan mahiyyətə kökləyir. Habelə, özünü Azərbaycanda məhkəməsi davam edən və insanlıq əleyhinə çoxsaylı cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin hamisi qismində göstərməyə çalışır. Hələ bu azmış kimi, yarımçıq tənqidi fəlsəfəyə də baş vurur. Təxminən belə: söhbət Ermənistandan düşəndə, Aİ öz dəyərlərini müdafiə etmək iqtidarında deyil. Cəfəngiyyat olar, ta bu qədəri yox.

Reallıq ondadır ki, təkcə Aİ yox, ümumən “köhnə qitə”nin bir çox qurumları açıqladıqları prinsipləri indiyədək məhz ermənipərəstlik naminə qurban veriblər. İstər 44 günlük müharibədən əvvəlki, istər savaş gedişindəki, istərsə də sonrakı dövrün hadisə və prosesləri belə qurbanvermə səhnələri ilə tam doludur. Diqqət yetirək, əgər əsas bəşəri dəyər insan hüquq və azadlıqlarıdırsa, o zaman Aİ başqa Avropa təşkilatlarıtək otuz ilə yaxın müddətdə dinc azərbaycanlıların hüquqlarına aşkar təcavüz göstərilməsinə – onların doğma yurdlarından qaçqın düşmələrinə, məhrumiyyətlər və çətinliklər içərisində ömür sürmələrinə göz yummuşdu...

Bəli, söhbət məhz Ermənistanı müdafiə olduğu üçün Avropa öz dəyərlərini ayaqlar altına atmışdı. İndi freylixlərin sayəsində həmin dəyərlər tapdalanır. Ən böyük problem bundadır və yaxşı olar ki, alman deputat başqa nə isə axtarmağa çalışmasın. Bu yerdə Freylixin doğru vurğuladığı ikinci məqama keçid alaraq bildirək ki, o, Qərb dünyasının problemlərindən danışarkən, “biz öz dəyərlərimizi bütün dünyaya zorla qəbul etdirməyə çalışırıq, halbuki belə yanaşma işləmir. Çünki insanlar özlərinə dərs keçilməsi ilə razılaşmırlar” şəklində fikir bildirir.

Əlbəttə, Freylix kimilərinin bizə nəyisə təlqin etməsi yolverilməzdir. Onun fikrinə bir qədər düzəliş edərək, bunu da deyək ki, Avropanın, bütövlükdə Qərb aləminin zaman-zaman öz düşüncəsini dəyər adı altında Azərbaycana sırımağa çalışdığının şahidi olmuşuq. Amma bu cür cəhdlər keçməyib və keçməyəcək.

Dilə gətirdiyi ikinci doğru məqamın qarşılığında Freylixin dediklərindəki növbəti yanlışlıq isə budur ki, o, Qərb dünyasının Ermənistan qarşısında, guya, mənəvi öhdəliyinin olduğunu vurğulayır. Görəsən, öhdəlik nə imiş? Çox düşünməyə ehtiyac yoxdur. Çünki alman deputat cəfəngiyyatını işə salmaq üçün növbə gözləmir və bildirir ki, “erməni xalqı dünyanın ən qədim xalqlarından biridir, Ermənistan xristianlığı qəbul edən ilk ölkədir. Buna görə ona Azərbaycanla münaqişə kontekstində dəstək göstərilməsi mənəvi borcdur”.

Həqiqətən, T.Freylixin bildirdikləri çox gülməlidir. Amma o, siyasi klounluğuna ara vermir və nə üçün, hansı məqsədlə ortaya atıldığı barədə rəy formalaşdırır. Beləliklə, alman deputat yuxarıda qeyd etdiyimiz məqamları ona görə gündəmə gətirir, o səbəbdən “fəlsəfəyə” baş vurur ki, Cənubi Qafqazda xristianlara təqib kimi sərsəm ritorikanı tirajlasın.

Bəli, Freylix “Qarabağda xristian dininə aid mədəni mirasın məhv edilməsindən” söz açır. Məhv edən isə Azərbaycan imiş. Sən demə, Ermənistanı qorumaq “mənəvi borcu” məhz bundan qaynaqlanırmış. Amma necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Axı T.Freylix müsahibəsinin sonunda yenidən “Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsi” üzərinə qayıdır. İstər-istəməz, Ermənistan parlamentinin sədri Alen Simonyanın bir neçə gün əvvəl dedikləri yada düşür. O, eynilə Freylix kimi, Bakıda məhkəməsi davam edən şəxslərin azadlığa çıxmalarının rəsmi İrəvan üçün prioritet əhəmiyyət daşıdığını vurğulamışdı. Bundan əvvəl də erməni iqtidarının təmsilçilərinin oxşar bəyanatları olub.

Deməli, alman deputat yarımçıq fəlsəfəyə əsaslanmış anti-Azərbaycan ritorikasını heç də əbəs yerə gündəmə gətirmir. Elə Ermənistanın dövlət agentiyi olan “Armenpress”in ondan müsahibə alması da adi məsələ sayılmamalıdır. Yəni düşünmək mümkündür ki, bütün gedişlər, o cümlədən freylixlərin meydana çıxıb Azərbaycan əleyhinə hədyanlar yağdırmaları Ermənistan rəhbərliyi tərəfindən koordinasiya edilir. Güman edirik, bunun zərərli tendensiya olduğunu Paşinyan iqtidarına təkrarən izah etməyə, durumun sülhə maneçilik törətdiyini anlatmağa ehtiyac yoxdur.

Sonda qeyd edək ki, “sizin xalqınıza kömək göstərməli, 23 məhbusun azadlığı üçün əlimizdən gələni etməliyik” deyən T.Freylix gözəl hekayələr danışmaq niyyətindən uzaq olduğunu da bildirib. Əlbəttə, deputat müsahibəsində dediklərinin, böyük ölçüdə, hekayə olduğunun fərqinə varmayacaq qədər iflic durumdadır. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri