Icma.az
close
up
RU
Tomat pastasında kif görməkdən yorulanların DİQQƏTİNƏ...

Tomat pastasında kif görməkdən yorulanların DİQQƏTİNƏ...

Tomat pastası yanlış şəraitdə saxlandıqda qısa müddətdə üstünddə kiflər görünməyə başlayır. Kiflənmənin qarşısını almaq istəyənlər bu detallara diqqət yetirməlidirlər.
Bakıvaxtı.az-ın məlumatına görə, bunlara əməl edərək tomat və bibər pastalarının kiflənməyinin qarşısını almaq mümkündür:
Sərin və qaranlıq mühitləri seçin: Təzəliyini uzun müddət saxlamaq üçün tomat pastasını sərin və qaranlıq mühitlərdə saxlamaq vacibdir. Bu yolla tomat pastası uzun müddət təzəliyini qoruyub saxlamağı bacarır.

Soyuducular tomat pastası saxlamaq üçün ideal yer hesab olunur.
Şüşə qabları seçin: Şüşə qablar tomat pastalarının konservləşdirilmiş və ya plastik qablardan daha uzun müddət təzə qalmasına kömək edir.

Bundan əlavə, tomat pastasının saxlanacağı şüşə qab tamamilə sterilizasiya edilməlidir. Şüşə qabı qaynar su ilə yaxşıca yuyub qurutduqdan sonra içinə tomat pastasını qoyub hava keçirməyən şəkildə bağlayıb saxlaya bilərsiniz.
Nuriyyə Musayeva

seeBaxış sayı:22
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri