Icma.az
close
up
RU
“Topla davranmağı çətinliklə bacarırdılar, indi isə əsl futbolçu kimi oynayırlar” Uşaqları futbola cəlb edən Rəvan Yusifovun ə MÜSAHİBƏSİ FOTO/VİDEO

“Topla davranmağı çətinliklə bacarırdılar, indi isə əsl futbolçu kimi oynayırlar” Uşaqları futbola cəlb edən Rəvan Yusifovun ə MÜSAHİBƏSİ FOTO/VİDEO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəvan Yusifov Xaçmaz rayonunun Gödəkli kəndində doğulub və orada böyüyüb. Uşaqlıqdan futbol onun həyatının bir hissəsinə çevrilib. İdmanla məşğul olmaq üçün şəraitin olmamasına baxmayaraq, o, bu sevgisindən əl çəkməyib və indi 8-12 yaşlı uşaqları pulsuz şəkildə məşq etdirir.

Rəvan Yusifovun futbola sevgisi “Milan” klubunun oyununu ilk dəfə izlədiyi vaxtdan yaranıb. Sonradan onun kumiri braziliyalı futbolçu Ronaldinyo olub. “Uşaqlıqda biz dostlarla hər yerdə futbol oynayırdıq. Bəzən bizi böyüklərin komandalarına da dəvət edirdilər. Yəni istedad var idi, sadəcə inkişaf üçün dəstək çatışmırdı”, - deyə o, İdman.Biz-ə müsahibəsində bildirib.

Kənddə oynamaq, əslində, indi də çətinlik yaradır. Rəvan Yusifov xatırlayır ki, uşaqlıqda normal topa sahib olmaq böyük lüks sayılırdı, yerli meydança isə bərbad vəziyyətdə idi. Amma uşaqlar ruhdan düşmürdülər:

“Biz yaxşı şəraitin nə olduğunu bilmirdik. Ona görə də sadəcə həvəslə və idmana sevgi ilə oynayırdıq”.

“Dirilən” meydança

Rəvan Yusifovun uşaqları məşq etdirmək ideyası çoxdan yaranmışdı, lakin onu həyata keçirmək yalnız bir il əvvəl mümkün olub.

“Həmişə bu fikri sonraya saxlayırdım. Şübhə edirdim - alınacaqmı, gücüm çatacaqmı? Amma bir gün uşaqları gördüm ki, özləri yığışıb oynayırlar. O an başa düşdüm ki, artıq hərəkətə keçmək vaxtıdır. Onları qruplara bölüb məşq saatlarını təyin etdim, əlaqə saxlamaq üçün də bir çat yaratdım”, - deyə R.Yusifov bildirib.

R. Yusifovun sözlərinə görə, əvvəlcə müntəzəm məşqləri təşkil etmək çətin idi. Lakin uşaqlar nizam-intizamlı və çalışqan çıxaraq tədricən ritmə düşdülər. O, məşqlərə başlamaq qərarına gələndə bu məqsədlə köhnə, qapısız və baxımsız qalmış bir meydançanı seçib - elə öz uşaqlığında da baxımsız vəziyyətdə olan həmin sahəni. Daha münasib şəraitdə olan meydançalarda məşq keçmək mümkün deyildi: onların hamısı Xaçmazda yerləşirdi və kənd uşaqları üçün ora getmək həm uzaq, həm də xərc baxımından çətin idi. Buna görə də Rəvan Yusifov meydançanı öz gücü və kənd sakinlərinin dəstəyi ilə bərpa etməyə qərar verib.

Onlar meydançanın ətrafını təmizləyiblər - əvvəllər buradan kənd sakinlərinin istifadə etdiyi bir cığır keçirdi. İndi həmin cığır torpaqla örtülüb və bağlanıb ki, meydançanın örtüyü qorunsun və sahə səliqəli görünsün. Məşqçinin sözlərinə görə, bərpa işlərində hər kəs - uşaqlar, valideynlər və kəndin sadə, xeyirxah sakinləri iştirak edib.

“Bir nəfər kişi qapıların karkasını pulsuz qaynadıb quraşdırdı. Bu, uşaqları çox ruhlandırdı, çünki nəhayət oynamaq üçün şərait yaranırdı. Onlar qapıları özləri rənglədilər, toru bərkitdilər - hər şeyi həvəslə və sevinc içində etdilər”.

Gələcəyə ümidlər

Meydançanın bərpası uşaqlar üçün əsl motivasiya oldu - onları birləşdirdi və komanda ruhu yaratdı. Rəvan Yusifovun əsas məqsədi isə yalnız futbol oynamağı öyrətmək deyil, uşaqların özünə inamlı, məqsədyönlü böyüməsinə kömək etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam həyat tərzinə alışdırmaqdır:

“Biz başlayanda bəziləri topu düzgün idarə etməyi belə bacarmırdı, indi isə əsl futbolçu kimi oynayırlar. Aralarında çox perspektivli uşaqlar var. Ümid edirəm ki, onların karyerası alınacaq. Artıq bir neçəsini Xaçmazdakı futbol məktəbinə və “Xudat City” akademiyasına yönləndirmişik”.

Rəvan üçün yetirmələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır, çünki o, vaxtilə qarşısına çıxan çətinlikləri yaxşı bilir:

“Bizim vaxtımızda gənc istedadlara dəstək demək olar ki, yox idi, halbuki bacarıqlı uşaqlar çox idi. İndi vəziyyət tam fərqlidir: pulsuz idman dərnəkləri, əlçatan avadanlıqlar, inkişaf üçün imkanlar var. Artıq ‘Şimal’ klubunda bizim kənddən iki yeniyetmə çıxış edir. İnanıram ki, tezliklə belə uşaqların sayı daha da artacaq”.

Rəvan Yusifovun bu qədər israrlı və ilhamlı olmasının səbəbi şəxsi motivləridir - onun oğlu da digər uşaqlarla birlikdə məşq edir. O etiraf edir ki, həm öz övladının, həm də yetirmələrinin vaxtilə onun üçün gerçəkləşməyən arzunu həyata keçirdiyini görmək istəyir.

Kənddə bələdiyyəyə yeni insanlar seçilib və Rəvan qarşıdakı dəyişikliklərdən nikbin danışır:

“Bizə söz veriblər ki, meydançanı hamarlayacaqlar, hasarları möhkəmləndirəcəklər və soyunub-geyinmə otaqları tikəcəklər. Yaxınlarda onlarla yenidən danışdıq - təsdiqlədilər ki, hər şey tezliklə həyata keçiriləcək. Çox ümid edirik ki, elə də olacaq”.

Buna baxmayaraq, komanda hələ də ən sadə avadanlıqlara ciddi ehtiyac duyur.

“Toplarımız demək olar ki, qalmayıb: on ədədin yalnız üçü bütöv qalıb. Uşaqların forması yoxdur - kim nə tapırsa, onunla oynayır, idman ayaqqabısı çatışmır. Əlimizdən gələni etdik, amma kənddə imkanlar azdır. Yenə də inanıram ki, uşaqlara məşq və inkişaf üçün şərait yaradılarsa, onlardan doğrudan da güclü futbolçular yetişəcək” - deyə futbol fədaisi olan Rəvan Yusifov fikrini tamamlayıb.

Hazırkı mərhələdə uşaqları idman geyimləri və toplarla təmin etmək üçün Rəvan Yusifova 500 manat lazımdır.

İdman.Biz redaksiyası bütün futbolsevərlərə və sadəcə laqeyd qalmayan insanlara müraciət edərək, məşqçinin təşəbbüsünü dəstəkləməyə və Gödəkli kəndində uşaq futbolunun inkişafına töhfə verməyə çağırır.

Yardımı aşağıdakı karta köçürmək olar:

4169 7414 1718 4155

Rəvan Yusifovla bu nömrə vasitəsilə əlaqə saxlamaq mümkündür: +994 70 738 68 18.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri