Icma.az
close
up
RU
“Toplum TV” işi üzrə ibtidai istintaq başa çatıb 6 maddə ilə yekun ittiham

“Toplum TV” işi üzrə ibtidai istintaq başa çatıb 6 maddə ilə yekun ittiham

“Toplum TV” işi üzrə ibtidai istintaq başa çatıb.

Sfera.az bildirir ki, bu barədə “Qafqazinfo”ya vəkil Rəsul Cəfərov məlumat verib.

Təqsirləndirilən şəxslər və vəkillər hazırda verilmiş yekun ittihamlarla tanış olurlar. Yaxın vaxtlarda iş üzrə məhkəmə araşdırması başlayacaq.

Qeyd edək ki, təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.

Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir. 

Eyni ittihamlar iş üzrə başqa təqsirləndirilənlərə - Ruslan İzzətli, Akif Qurbanov və digərlərinə də aiddir.

seeBaxış sayı:47
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri