Toral Bayramov: Daha sonra fərqli oyun izləyirik
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ağır oyun olacağını bilirdik. Görüşün gedişində 10 nəfərlə qaldıq. Sonadək döyüşdükləri üçün futbolçularımıza təşəkkür edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
Cinah oyunçusu "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Qalib gəldiyimiz üçün çox sevincliyik. "Neftçi" həmişə evindəki matçlara aqressiv, aktiv başlayır. Daha sonra fərqli oyun izləyirik. Amma bu gün də aktiv olacaqlarını gözləyirdik. Rəqibimiz son qarşılaşmalarda yaxşı formadadır. Ona görə yaxşı hazırlaşmışdıq. Şükürlər olsun qalib gəldik".
Bayramov qırmızı vərəqə alsalar da, müdafiədə oturmadıqlarını bildirib:
"Əlimizə düşən fürsətlərdən yararlanmağa çalışırdıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















