Toral Bayramov: “Orada penalti yox idi”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Layiqli qələbə qazandıq”.
Bu sözləri Azərbaycan milli komandasının üzvü Toral Bayramov deyib.
Müdafiəçi “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.
“Komanda olaraq yaxşı hazırlaşmışdıq. Böyük hesablı qələbə qazandıq. Millimizin tarixində rekord nəticə qeydə alındı. Sevincliyik. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq.
Meydança ilk hissədə normal olsa da, ikinci yarıda yağışın güclənməsi səbəbindən vəziyyət dəyişdi. Penalti epizoduna gəldikdə isə düşünürəm ki, orada penalti yox idi. Hər ikimiz mübarizə aparırdıq”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, komandanın qollarını 2-ci dəqiqədə penaltidən Emin Mahmudov, 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Mart 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















