Icma.az
close
up
RU
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu

Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diaspor təşkilatlarının əsas funksiyası Azərbaycan dövlətinin xarici siyasətinin effektivliyinin artırılmasına dəstək vermək, milli maraqların müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdır. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması və ümumi prinsiplərə uyğun fəaliyyət göstərməsi vacib şərtdir.

Kanada da dünynın önəmli ölkələrindən biridir və təbii ki, bu ölkədə Azərbaycan diasporunun aktiv fəaliyyət göstərməsi lazımdır.

Məsələn? yaşadığım Toronto şəhərində həmvətənlərimizin sayının kifayət qədər olmasına baxmayaraq, Azərbaycan həqiqətlərinin təbliği və təşkilatlanma ilə bağlı adekvat fəaliyyət göstərilmir.

Kanada cəmiyyətinə inteqrasiya ilə bağlı problemləri bir kənara qoyuram. Bu məsələdən ümumiyyətlə danışmağa dəyməz. Çünki, nə seçkili orqanlar, nə qeyri hökumət təşkilatları, nə də media ilə iş prinsipi düzgün qurulmayıb. Ona görə də bu istiqamətdə acınacaqlı mənzərə var.

Torontoda fəaliyyət göstərən Azərbaycan Evi isə sadəcə “şəkərbura-paxlava fəaliyyəti” ilə məşğuldur. 

Halbuki Vətən müharibəsindən sonra bütün istiqamətlərə olduğu kimi, Azərbaycan diasporu da müasir çağırışlara cavab verməli və Azərbaycanın istər hərb meydanında, istərsə də diplomatik müstəvidə əldə etdiyi uğurlara adekvat fəaliyyət götərməlidir.

Dövlət başçısının Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan diasporu ilə bağlı tövsiyələri yol xəritəsi rolunu oynamalıdır. Xüsusilə xarici media ilə işin effektiv şəkildə aparılması, eyni zamanda Azərbaycan həqiqətləri və tarixinin təbliğ olunması və digər istiqamətlərdə addımların atılmasının zəruriliyi prioritet olmalıdır.

Bunun üçün isə başlıca şərt təşkilatların müzakirə və təkliflərə açıq olmasıdır. Toronto Azərbaycan Evinin işi-gücü isə daha çox vatsap qrupunda “müzakirə”lərlə məhdudlaşır. Orada da işə töhvə verəcək fikirələrə yer yoxdur. 

Yəni, avtoritar bir yanaşma var. Məsələn, mənim fikirlərimə dözümsüz yanaşan Kanada Azərbaycan Evinin rəhbəri hörmətli Lalin Həsənovan ilk addımı məni vatsap qrupundan çıxarmaq oldu.

Təsəvvür edin, bu cür düşüncə ilə Torontodakı Azərbaycan diasporu hansı uğurlara imza ata və Azərbaycan dövlətçiliyi üçün nə edə bilər?

Təbii ki heç nə. Mən, hesab edirəm ki, diaspor təmsilçiləri Azərbaycana yönəlik şəxsi piar kampaniyalarına son qoymalı, bəlli məqsədlərdən əl çəkməli və milli maraqları əsas götürməlidirlər...

Ona görə də, son illər soydaşlarımızın Toronto Azərbaycan Evindən uzaq düşməsinin səbəbini araşdırıram. Torontoda yaşayan Azərbaycanlılar 40-50 nəfərdən ibarət deyil, 4000 nəfərdən çoxdur.

Ardı var...

Elnur İsmayılov

Kanada

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see368

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see257

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see212

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see155

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see148

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see147

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see142

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see138

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see138

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see136

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see127

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see127

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see126

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see122

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri