Icma.az
close
up
RU
Qanı bahasına torpağı Vətən edən oğul FOTO

Qanı bahasına torpağı Vətən edən oğul FOTO

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Şəhid Elçin Novruzovun 37 yaşı münasibətilə
“Şəhid qanı axmayan torpaqdan Vətən olmaz “ deyiblər. 30 il yağı əsarətində olan əzəli yurd yerimiz- Qarabağımızı qanları bahasına azad edən qəhrəman oğullar bir daha bunu sübut etdilər. Ulu torpağın bağrına üç rəngli zəfər bayrağımızı sancıb tarixin yaddaşında iz qoyan belə qəhrəmanlardan biri də şəhid Elçin Qismət oğlu Novruzov oldu.
Ölümsüzlüyə qovuşan qəhrəman Vətən sevdalısının oddan, alovdan keçən döyüş yolu fədakarlıqla, mərdliklə doludur. Məhz buna görə Elçin cismən aramızda olmasa da, adı dillərdən düşmür. Eləcə qərinələr keçəcək gələcək nəsillər Vətəni sevməyi, doğma torpağı necə qorumağı ondan öyrənəcək. Elçinin 44 günlük haqq savaşımızda Vətən naminə, öz xalqının xoşbəxt gələcəyi üçün göstərdiyi misilsiz şücaət heç vaxt unudulmaz. Azərbaycan var olduqca, o, da yaşayacaq.
Elçin Novruzov 1989-cu ildə Rusiyanın Voronej şəhərində dünyaya gəlib. 1996-2005-ci illərdə Masallı rayon, Hüseynhacılı, 2005-2007-ci illərdə Ə. Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsil alıb. 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Vətən müharibəsinə könüllü olaraq qatılan Elçin Novruzov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Səngərdə yerini alan gündən:” Doğma Azərbaycanımızın müqəddəs bir parçası olan Qarabağımız azad olmamış silahı yerə qoymaram”-deyə and içib. Neçə-neçə döyüşdə yağıya sarsıdıcı zərbələr endirib. Ölümə meydan oxumaqla hər qarış torpaq uğrunda mərdliklə vuruşub. Dığalara qan udduran qəhrəman Vətən oğlu elə müharibə meydanların birində şəhidlik zirvəsinə ucalıb. 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunub. Şərəfli ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılan Elçin Novruzov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqləndiyinə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bəli, Vətənin daşına, torpağına, yaşadığı yerə ürəkdən sevdalanan Elçin Novruzov yaşının 31-ci ilində müqəddəs bir ömrə sahib oldu. Qana susayan düşməni qanda boğmaqla ulduzlu göylərə ucaldı. Masallı camaatı öz qəhrəman oğlunun xatirəsini əziz tutur, hər yerdə, hər an böyük sevgi və məhəbbətlə onu yad edirlər. 36 yaşa dolduğu gün də masallılar tərəfində iftixarlı keçdi. Sevdalanıb əbədi sinəsinə baş qoyan torpağı ziyarət edən mərasim iştirakçıları şəhid Elçinin məzarına ehtiram əlaməti olaraq güllərdən çələng hördülər. Onu da bildirdilər ki, Vətən, torpaq naminə şərəfli ölümü ilə əbədi olaraq Elçin milyonların ürəyinə köçüb. Onun qısa ömür yolu xalqına, yurduna sonsuz məhəbbət mücəssəməsidir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri