Torpağımız uranımız qədər müqəddəsdir İran XİN sözçüsü
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyi nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı mövqeyini sərtləşdirib.
Redaktor.az xəbər verir ki, İsmayıl Bəqayi bildirib ki, “torpağımız uranımız qədər müqəddəsdir” və İran zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasını və ya azaldılmasını qəbul etmir.
Sözçünün sözlərinə görə, İranın mövqeyi nüvə nailiyyətlərinin tam şəkildə ölkə daxilində saxlanılmasına əsaslanır. O vurğulayıb ki, uranın ABŞ və ya hər hansı başqa ölkəyə verilməsi heç bir danışıqlar mərhələsində müzakirə olunmayıb.
Bəqayi həmçinin uranın durulaşdırılması ilə bağlı təklifləri də rədd edib və İranın nüvə proqramını daxili elmi inkişafın nəticəsi kimi təqdim edib.
Onun sözlərinə görə, İranın nüvə bilikləri uzun illər davam edən elmi səylərin məhsuludur və bu potensialdan imtina olunmayacaq.
Sözçü əlavə edib ki, İran öz nüvə imkanlarını qorumağa və inkişaf etdirməyə davam edəcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Aprel 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















