Icma.az
close
up
RU
Torpaq altında fəlakət yuvası

Torpaq altında fəlakət yuvası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qarabağın bərpasının görünməyən cəbhəsi

Müharibənin ən ağır izləri həmişə dağıdılmış binalar, yararsız yollar və boş qalmış şəhərlər olmur. Bəzən ən təhlükəli miras gözlə görünmür. Torpağın altında gizlənən mina illərlə səssiz qala bilər, lakin bir insanın həyatını dəyişmək üçün saniyələr kifayətdir. Mina buna görə yalnız partlayıcı qurğu deyil, həm də torpağın iqtisadi və sosial həyatını iflic edən görünməz səddir. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzurun bərpasından danışarkən ilk növbədə tikintidən deyil, torpağın təhlükəsizliyindən danışmaq lazımdır.

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında səslənən fikirlər də diqqəti məhz bu məsələyə yönəltdi. Konfransın ikinci günündə mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası, daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar, eləcə də milli təcrübə və əldə olunan nəticələrə həsr olunmuş panel sessiyalar və təqdimatlar keçirildi.

Konfransda səslənən əsas mesaj ondan ibarət idi ki, müharibənin fiziki nəticələri insanların həyatını təhdid etməyə, iqtisadi fəaliyyətə mane olmağa və keçmiş məcburi köçkünlərin qayıdışını ləngitməyə davam etdiyi müddətdə sülhün nəticələrini tam hiss etmək mümkün deyil.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar hələ də susmayıb. Onun sözlərinə görə, bu səbəbdən humanitar minatəmizləmə artıq yalnız humanitar vəzifə deyil, həm də sülh quruculuğunun ayrılmaz hissəsidir. Təhlükəsizliyi təmin olunmayan torpaq üzərində davamlı sülh qurmaq mümkün deyil. Əmirbəyov qeyd edib ki, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar region üçün yeni imkanlar yaradıb. Sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və Vaşinqton Birgə Bəyannaməsinin imzalanmasından sonra hərbi eskalasiya baş verməyib, ölkələr arasında dialoq, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində proseslər davam edib. Lakin onun vurğuladığı kimi, sülh yalnız siyasi sənədlərlə məhdudlaşmamalı, yer üzündə, insanların gündəlik həyatında da özünü göstərməlidir. Azərbaycanda bunun qarşısındakı əsas maneələrdən biri isə torpağın altındakı mina təhlükəsidir.

Elçin Əmirbəyovun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub. Ölkə ərazisinin 13 faizindən çoxunun mina və partlamamış hərbi sursatlarla çirkləndiyi, çirklənmiş ərazilərin 75 faizində təhlükənin hələ də qaldığı bildirilir. Hər yeni mina hadisəsi yalnız insan itkisi və ya xəsarətlə nəticələnmir. Bu hadisələr ailələrə psixoloji zərbə vurur, cəmiyyətdə təhlükəsizlik hissini sarsıdır və normal həyata qayıdış prosesinə mənfi təsir göstərir.

Mina təhlükəsi aradan qaldırılmadan yaşayış məntəqələrinin qurulması, yolların salınması, əkin sahələrinin istifadəyə verilməsi və insanların təhlükəsiz qayıdışının təmin olunması mümkün deyil. Bu baxımdan minatəmizləmə bərpa prosesinin ayrıca bir istiqaməti deyil, onun əsasını təşkil edən mərhələlərdən biridir. Çünki sülhün real nəticəsi yalnız siyasi razılaşmalarla deyil, insanların öz evlərinə qayıtması, uşaqların məktəbə təhlükəsiz getməsi, fermerlərin torpaqlarını becərməsi, sahibkarların fəaliyyət göstərməsi və icmaların yenidən canlanması ilə ölçülür.

E.Əmirbəyov beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirərək, mina təhlükəsi ilə mübarizəyə dəstəyin artırılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, bu sahədə maliyyələşmənin təxminən 95 faizi Azərbaycanın dövlət resursları, yalnız 5 faizi isə xarici mənbələr hesabına təmin olunur. Bu göstərici mina probleminin miqyasını və uzunmüddətli beynəlxalq dəstəyə olan ehtiyacı bir daha ortaya qoyur.

Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqenin sözlərinə görə, məqsəd yalnız minaları təmizləmək deyil, əraziləri təhlükəsiz və dayanıqlı yaşayış məkanlarına çevirməkdir. Bunun üçün mina təhlükəsi şəhərsalma, infrastruktur, səhiyyə, ekologiya və iqtisadi inkişaf planlarında nəzərə alınmalı, dövlət qurumları arasında koordinasiya gücləndirilməlidir. Mvaziqe qeyd edib ki, ərazi minalardan təmizlənsə belə, dağıntılar, zədələnmiş kommunal xətlər və ekoloji risklər təhlükə yarada bilər. Buna görə bərpa prosesi minatəmizləmə ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları, coğrafi informasiya sistemləri, məsafədən zondlama, sensorlar və digər müasir texnologiyalar prosesi sürətləndirə və təhlükəsizliyi artıra bilər. Lakin onların səmərəli tətbiqi hazırlıqlı kadrlar, düzgün prosedurlar, keyfiyyətə nəzarət və güclü institusional imkanlar tələb edir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç də Azərbaycanın mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işləri, xüsusilə ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, təhlükəsiz yaşayış məntəqəsi yalnız minalardan təmizlənmiş ərazi demək deyil. Əsas məqsəd insanların qorxmadan evlərinə qayıda, uşaqların məktəbə gedə, ictimai xidmətlərdən yararlana və icmaların gələcəyə inamla həyatlarını yenidən qura bildiyi məkan yaratmaqdır.

Kuyundziç Azərbaycanın təcrübəsində minatəmizləmənin qayıdış, yenidənqurma və uzunmüddətli regional inkişafla əlaqələndirilməsinin vacibliyini vurğulayıb. O, Aİ-nin “Team Europe” təşəbbüsü çərçivəsində Azərbaycana kollektiv dəstəyinin 22 milyon avroya çatdığını bildirib və bu sahədə uzunmüddətli tərəfdaşlığın davam etdiriləcəyini qeyd edib.

ATƏT Katibliyi rəhbərinin müavini Keyt Fironun sözlərinə görə, mina əleyhinə fəaliyyət artıq yalnız texniki və ya humanitar məsələ kimi qiymətləndirilə bilməz. Bu fəaliyyət təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı sülhün qurulması prosesinin ayrılmaz hissəsidir. Onun fikrincə, minatəmizləmə işləri bərpa və inkişaf planlarına sonradan əlavə olunan komponent deyil, məhz ilkin mərhələdən bu planların əsas istiqamətlərindən biri olmalıdır. Beynəlxalq dəstək isə milli imkanları əvəz etməməli, əksinə, onları daha da gücləndirməlidir.

“Minaya qarşı fəaliyyət ən böyük strateji əhəmiyyətini o zaman ortaya qoyur ki, ərazilərin istifadəyə qaytarılması təhlükəsizlik, bərpa və dayanıqlı sülh arasında körpüyə çevrilir. Bu yanaşma ATƏT-in təhlükəsizliyə hərtərəfli yanaşmasını əks etdirir və partlayıcı təhlükələrin aradan qaldırılmasını yalnız fiziki təhlükəsizliklə deyil, həm də iqtisadi bərpa, sosial sabitlik və uzunmüddətli dayanıqlı sülhlə əlaqələndirir”, – deyə o bildirib.

Panel sessiyasında diqqətçəkən əsas məsələlərdən biri də mina əleyhinə fəaliyyətin gələcəyində müasir texnologiyaların roludur. Çünki minatəmizləmə yalnız torpağın üzərində görünən təhlükənin aradan qaldırılması deyil. Bu, hər qarış torpağın təhlükəsizliyinə əmin olmaq, riskləri dəqiq müəyyənləşdirmək və insanların həyatını qorumaq deməkdir. Məhz bu baxımdan innovativ texnologiyalar əməliyyatların daha təhlükəsiz, sürətli və effektiv həyata keçirilməsinə yeni imkanlar açır.

Lakin innovasiya yalnız yeni texniki vasitələrin istifadəsi ilə məhdudlaşmır. Əsl innovasiya düşüncə və yanaşmanın dəyişməsidir. Texnologiyaların əməliyyatların planlaşdırılması, məlumatların toplanması və təhlili, ərazilərin qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və keyfiyyət təminatı proseslərinə inteqrasiyası mina əleyhinə fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Bu imkanlardan tam yararlanmaq üçün isə texnologiyanın özü qədər insan kapitalı da vacibdir. İxtisaslı mütəxəssislərin hazırlanması, institusional imkanların gücləndirilməsi, texniki biliklərin artırılması və yerli potensialın inkişaf etdirilməsi uzunmüddətli nəticələrin əsasını təşkil edir. Çünki dayanıqlı minatəmizləmə yalnız xaricdən gətirilən texnologiya ilə deyil, həmin texnologiyanı mənimsəyən və inkişaf etdirən milli potensialla mümkündür.

Paneldə innovativ həllərin tətbiqinin davamlı maliyyə resursları tələb etdiyi də vurğulanıb. Yeni texnologiyaların hazırlanması, sınaqdan keçirilməsi və əməliyyatlara inteqrasiyası uzunmüddətli investisiya tələb edir. Bu baxımdan beynəlxalq donorların və investorların dəstəyi mühüm rol oynayır. Söhbət yalnız bu günün minalarından deyil, sabahın təhlükələrini daha sürətli və daha təhlükəsiz şəkildə aradan qaldıra biləcək imkanların yaradılmasından gedir. Əslində, minatəmizləmənin əhəmiyyəti təmizlənən ərazinin ölçüsü ilə deyil, həmin torpaqda yenidən qurulan həyatla ölçülür. Təmizlənmiş hər hektar yeni bir yol, yeni bir ev, yeni bir məktəb, yeni bir təsərrüfat və ən əsası, doğma yurda qayıdan bir insan deməkdir.

Bu mənada minatəmizləmə Böyük Qayıdışın görünməyən, lakin ən mühüm dayaqlarından biridir. İnsanların illər sonra doğma torpaqlarına qayıtması, evlərini yenidən qurması, təsərrüfat yaratması və gələcək planlarını həmin torpaqda qurması ilk növbədə təhlükəsizlikdən başlayır. Təhlükəsiz torpaq olmadan nə qayıdış mümkündür, nə iqtisadi dirçəliş, nə də davamlı sülh.

Ona görə də məqsəd sadəcə minalardan təmizlənmiş ərazi yaratmaq olmamalıdır. Əsas məqsəd müharibənin izlərini daşıyan torpağı yenidən həyat məkanına çevirməkdir – insanların yaşayacağı, işləyəcəyi, övladlarını böyüdəcəyi və gələcəyini quracağı təhlükəsiz məkana. Çünki müharibə torpaqda iz buraxır. Sülh isə həmin torpağı yenidən insana qaytarmalıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri