Icma.az
close
up
RU
Torpaq namus, LƏTİFlər namusun xilaskarıdır!

Torpaq namus, LƏTİFlər namusun xilaskarıdır!

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

İkinci Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin qazanılmasında xüsusi xidməti və əməyi olan Azərbaycan Ordusunun şəhid zabit və əsgərlərini hər zaman qürurla, minnətdarlıqla anırıq. Onlardan biri olan Lətif Əliyevi də bu günlər həm qürurla, minnətdarlıqla, həm də kədərlə anırıq. Çünki Lətif müharibənin düz bir ayının tamamında şəhid olmuşdu. 27 oktyabrda onun şəhid olması xəbərini almışdıq. Noyabrın 2-də isə onu uğrunda canından keçdiyi torpağa tapşırdıq.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Şuşa və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə döyüşən, oktyabrın 27-də Laçın döyüşləri zamanı şəhid olan Lətif Əliyev haqqında söhbət açmaq istəyirəm.

Beş il öncə Lətif Əliyevin cənazəsinin Naxçıvana, oradan isə Şərura gətirildiyi günü yaxşı xatırlayıram. 44 gündən biri-noyabrın 2-i idi. Həmin gün 3 şəhidi vardı Şərurun. Bu ulu yurd qollarını açıb şəhidlərini gözləyirdi. Qəribə bir mənzərə canlanırdı gözlər önündə: yaşıllıqlar məkanı Şərurda payızın bir günün içində saçları necə də ağarmışdı. Bəlkə saçlarını yolub yollara tökən ağacların görüntüsü idi bu? Çılpaqlığın bəyazlığı... Şəhidini-əzizini qarşılayırdı yollar da, ağaclar da, yarpaqlar da, ətrafdakı hər şey... Hüzn içində, yox, həm də qürur içində idi Şərur.

Lətifini, Əlisini, Muradını qarşılayırdı. Bu yurdun igid övladlarını, hər biri bir ailənin göz nuru, ürək döyüntüsü olan övladlarını. Yox, tək ailələrinin deyil, onlar bütün Naxçıvanın, Azərbaycanın canı, ürəyi, qürurudur. Birazdan torpağa tapşırıldı Vətən övladları, Şərur rayonunun şəhidlər xiyabanında. Üç şəhid-üç bayraqdır, üç yüksəlişdir, üç torpaqdır, kənddir, el-obadır...

Babasının adını daşıyan Lətifin əmiləri İlqar, İntiqam, bibiləri Qiymət, Sədaqət, Səidə bu gün tək qardaşlarının balasını deyil, sanki bu gün yenidən öz atalarını da itirmişdilər. Torpağa iki qəhrəmanı, iki şəhidi gömmüşdülər. Onların hər ikisinin adı Lətif idi... Xanlıqların Lətifləri... Biri torpağın zəhmət insanı, biri torpağın şəhid övladı... Biri illərlə torpağın altını üstünə çevirib zəhmət əlləri ilə ailəsini dolandıran Lətif, digəri isə babasından torpağa məhəbbəti əxz edən nəvə Lətif, şəhid Lətif. Baba Lətif zəhmətkeş, qabarlı əlləri ilə dünyadan köçmüşdü, Xanlıqlarda bir zəhmət abidəsi ucaltmışdı özü üçün. Nəvəsini Dədəmiz Qorqudun torpaqla bağlı tövsiyələri ilə böyütmüşdü, torpağı əkməklə və qorumaqla bağlı tövsiyələri ilə...

Əzizinəm igid Lətif,

Baba Lətif, nəvə Lətif.

Qarabağ dastanında

Hər söz-söhbəti lətif.

Lətif Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə”, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ömürlər yarımçıq qalır, arzular, istəklər, gələcək Vətən torpaqlarına gömülür, lakin bunun özü elə bir xoşbəxtlik deyilmi? Vətən yolunda kim canını, varını əsirgəyər ki?.. Bu oğullar tarixdir... Bu oğullar namusdur, ana-bacılarımızın ismətidir... Atasız uşaqların harayıdırlar. Minlərlə soydaşımızın qisasını alanlardır. Ən əsası isə gələcəyə aparacağımız, nəsillərə təhvil verəcəyimiz torpaqlarımızın alın açıqlığı, qürur yeridirlər.

Bu günlər həmişə olduğu kimi, Lətifin əziz xatirəsi anılır, məzarı ziyarət olunur. Analar, qadınlar ağlayar, bu, bəllidir. Lakin bu gün yenə də onun atasının, əmilərinin, qardaşlarının gözündən axan yaş, tez-tez silib gizlətdikləri yaş həm “kişilər ağlamaz”, həm də sevinc göz yaşları anlamına gəlir. Çünki bu göz yaşlarında Suqovuşanı görürük, Xudafərinlə həmdərd olan Arazı görürük... Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Kəlbəcərin, Laçının, Xocalının, Xankəndinin sevincini görürük. Doğma yurduna qayıdan soydaşlarımızın sevincini görürük. Daşı-daş üstündə qalmayan əzəli torpaqlarımızın yeni vüsətini, düşmənə göz dağı olan hüsnünü görürük. Azad yurdlarımızda dalğalanan bayrağımızın qürurunu görürük.

Bu göz yaşlarında həm də torpağın namus, şərəf, ləyaqət olduğunu və namusumuzun, ləyaqətimizin xilasını görürük. Bütün bunları bizə şəhid və qazilərimiz bəxş edib. Odur ki, onlar həyat durduqca yaşayacaq.

Şəhidliyinin 5-ci ilində həm də Lətifin 30 yaşı tamam olub. Ruhun şad olsun, Lətif! Şəhidlikdə yaşlanan Lətif! Rurunuz şad olsun, şəhidlər! Siz bizim qürurumuz, başımızın tacısınız. Bizi yenidən Qarabağlı edənlərsiniz. Qarabağın qara bəxtini ağ edənlərsiniz. Nə qədər ki, Azərbaycan var, sizin adınız Vətənlə, torpaqla, bu xalqın namusu, qeyrəti, iffəti ilə qoşa çəkiləcək.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri