Icma.az
close
up
RU
Namusun cinsi yoxdur

Namusun cinsi yoxdur

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lalə Mehralı

Haradasa oxumuşdum ki, namus anlayışı kişilər vasitəsilə yaranıb və qadınlara yüklənib. Halbuki namus ümumi qavramdır və bütün insanlar üçün mahiyyəti eynidir. İnsanlar namus məfhumunu həqiqət və dürüstlük məfhumundan kənarlaşdırıb onu xırda, maddi şeylərlə əlaqələndiriblər zamanla. Çünki yalnız qadınların çiyinlərinə yüklənən namus anlayışı şərəf, iffət və qürur kimi ülvi məfhumları da primitivləşdirir. Cəmiyyətdə elə bir fikir formalaşdırılır ki, namus yalnız qadınlara xas xüsusiyyətdir və kişinin etdiyi əxlaqdan kənar hərəkətlər namus qavramına aid deyil.

Yaşadığımız dövr insanlığın imtahanıdır və əfsus ki, bəşəriyyət bu imtahandan keçə bilmədi. Mövcud vəziyyətin yaratdığı mənəvi böhran sürətlə dərinləşir və cəmiyyətin parçalanmasına doğru gedir. Əxlaq, insan və insan münasibətlərinin ən təməl dəyərlərindən biridir. Amma təəssüflər olsun ki, bəzən cəmiyyətdə əxlaqi hərəkətlərin yalnız bir cinsə aid edilməsinin şahidi oluruq. Mən nə demək istəyirəm? Şərəf, həya, ar, iffət, namus kimi məfhumların yalnız qadınlara aid edilməsi məni narahat edir. Hansısa bir qadının namus üstündə öldürülməsi, amma onu öldürənin illərin namussuzu olması faktı cəmiyyətdə hamını narahat etməlidir, amma etmir.

Mənəvi dəyərlərin cəmiyyətin bir seqmentinə və ya iki cinsdən birinə aid olması fikri insanları dəyərsizləşdirir, fikrimcə, bu, zamanla cəmiyyətdə əxlaqsızlığın qanuniləşməsinə gətirib çıxarır. Sadiqliyi, iffəti, həya və namusu yalnız qadınlara məxsus dəyərlər kimi görmək və onları qadınlardan gözləmək normal davranış deyil. Əgər iki cins qərar verib ailə olursa, ikisinin də bu ailə üçün öhdəlikləri var və həya, namus, şərəf, sədaqət hər ikisi üçün də eyni dərəcədə öhdəlik olmalıdır.

İffət... Ən son nə vaxt eşitmisiniz bu sözü? İffət insani keyfiyyətdir, sonradan yaranmır, satılmır, alınmır. Bu keyfiyyət yalnız qadınlara aid deyil. Nikah zamanı o imza ilə kişi və qadın bir-birinə söz verirlər, əslində - həm özlərinin, həm də ailənin iffətini, namusunu qorumaq üçün. Yəni bu vəd təkcə qadınların deyil, kişilərin də vədidir. Vədini pozan, ailə birliyinə, iffətinə xələl gətirən tərəf kişi olanda “kişidir, yenə ailəsinə qayıdacaq” deyən cəmiyyət qadın üçün eyni tolerantlığı göstərmir. Halbuki, hər ikisi üçün iffət anlayışı eynidir və biri digərindən üstün deyil.

İffəti cılızlaşdırıb “insanların maddi ləzzətlərə meyli” kimi xarakterizə etmək yanlışdır. Çünki insanın bütün həyatı boyunca əməl edəcəyi bu insani keyfiyyət yalnız namus sözü ilə sinxronlaşdırmaq doğru deyil. İffət yalnız qadınlara xas olmayan, insanları əhd-peymanlarına sadiq edən, həddi aşmaqdan qoruyan, öz nəfsi və şəxsi ambisiyalarına görə cəmiyyətə zərər verməkdən çəkindirən bir keyfiyyətdir, hər nə qədər son illər nadir rastlanan xüsusiyyət olsa da.

Namus anlayışı mühafizəkar cəmiyyətlərdə insanlar üçün həyati əhəmiyyət kəsb edən anlayışlar arasındadır. Namusun qorunması insanın, xüsusilə qadının doğulması ilə başlayır və ömrü boyu davam edir. Əslində, kişi və qadından asılı olmayaraq hər kəsin öz namusunu qorumalı olduğu fikri kiçik yaşlarından aşılansa bəlkə cəmiyyətdə namus kəlməsi bu qədər müzakirə edilməzdi. Bakirəlik, iffət, həya, ar, namus anlayışları yalnız qadınlara aid edilməsə, kişilər üçün də bu anlayışların böyük məna kəsb etdiyini aşılasalar bəlkə də bu qədər çox namus davası edilməz. Qadın öz namusunu, iffətini qoruduğu kimi kişilər də maksimum diqqət etsə nə ailələr dağılar, nə boşanmalar yüksələr, nə də abır-həya itər. Amma qadına biçilən o dar don kişilərə “ovesize”dir. Kişi ailəsinə xəyanət edəndə “kişidir, bir səhvdir edib” anlayışı göstərən cəmiyyət qadın üçün ölüm fərmanı yazır. İkisi də eyni günahı, eyni səhvi edib, ailə bütünlüyünə hər ikisi xələl gətirib, amma cəza qadına, səfa kişiyə...

Ailə bütövlüyü yalnız qadının yükü olmamalıdır, ümumiyyətlə, ailə qavramı yük olmamalıdır. Bu, könüllü qurulan müəssisədir və hər iki tərəf üçün də vəzifə, öhdəlik eynidir. Nə qədər ki, öldürülən hər qadın üçün “yəqin bir namussuzluğu olub” düşüncəsi hökmran olacaq, o müddətcə namus anlayışı yalnız qadının iki ayaq arasında axtarılacaq. Nə qədər ki kişilərin namus anlayışı cinsi münasibətlərdən uzaq tutulacaq, kənarda qarışdırdığı qələtlər ört-basdır ediləcək, o müddətdə də namus anlayışı don dəyişdirəcək. Namusu qadın, namussuzluğu kişi üçün normallaşdıran cəmiyyətlərdə ailə məfhumu məhvə məhkumdur. Namus insani keyfiyyətdir və cinsi yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see339

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see245

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see240

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see219

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see218

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see216

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see200

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see197

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see173

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see172

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see155

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see155

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see150

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see150

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri