Icma.az
close
up
RU
Torpaqlarımızı yağı düşməndən geri alacağam Şəhid Əjdər Dadaşovun doğum günüdür

Torpaqlarımızı yağı düşməndən geri alacağam Şəhid Əjdər Dadaşovun doğum günüdür

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində hər bir bölgəmizdən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını Zəfər salnaməmizə həkk edən igidlərimizdən biri də şəhid Əjdər Pənah oğlu Dadaşovdur.Əjdər 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Atasına böyüyəndə "torpaqlarımızı yağı düşməndən geri alacağam" demişdi.Vədinə əməl etdi, böyüdü və hərbçi oldu. Xüsusi təyinatlımız müharibənin ilk günündən Soqovuşan istiqamətində gedən döyüşlərə qatılıb və ömrünün 24-cü baharında ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Anası İlhamə Dadaşova deyib ki, Əjdər çox istiqanlı insan olub, heç kəsin xətrinə dəyməyib. Ailəsi ilə tez- tez əlaqə saxlayarmış. Əjdərin tükənməyən vətən sevgisi qardaşının da həyatına təsir göstərib. Qardaşı Amil bildirib ki, onun hərbiçi olmağının səbəbkarı Əjdər olub: "Mənə dedi ki, gəl sən də mənim kimi hərbiçi ol, iki qardaş birlikdə vətənin keşiyində duraq".

Kiçik çavuş Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəallıq göstərib.O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əjdər Dadaşov ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri