Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının ən işlək və turistlərin də sıx üz tutduğu məkanlarından biri olan Nizami küçəsində son günlər fərqli bir mənzərə diqqət çəkir. “Torqovı” kimi tanınan "qaynar" küçədə fəaliyyətə başlayan “Çılğın dondurmaçı” adlı köşk təkcə satdığı dondurma ilə deyil, satıcısının müştərilərlə yaratdığı qeyri-adi ünsiyyətlə də maraq doğurur.

Modern.az əməkdaşının müşahidələrinə görə, Türkiyədən olan satıcı arkadaş dondurma alan qadınları rəqsə dəvət edir. Müştərilərdən bəziləri də bu təklifi məmuniyyətlə qəbul edərək onunla birlikdə oynayır, müxtəlif hərəkətlər edir və ətrafdakı insanların diqqətini çəkirlər. Rəqs edən xanımlar arasında turistlər də var, amma daha çoxu Bakıda yaşayanlardı...

Burada diqqətçəkən məqam odur ki, söhbət rəqsə məcburiyyətdən getmir. Rəqs edənlər bunu öz istəkləri ilə edirlər. Yəni ortada kiminsə zorla rəqs etdirilməsi deyil, satıcının yaratdığı əyləncəli atmosferə xanım müştərilərin könüllü qoşulması var.

Ancaq olay da məhz bundan sonra başlayır.

Çünki həmin anları izləyən insanların reaksiyası heç də eyni deyil.

Bəziləri baş verənlərə adi küçə əyləncəsi kimi baxır. Onların fikrincə, insan öz istəyi ilə rəqs edirsə və heç kimə mane olmursa, bunda qeyri-adi nə var? Üstəlik, şəhərin mərkəzində turistlərin və müxtəlif yaş qruplarından insanların olduğu bir məkanda bu cür əyləncələrə kifayət qədər normal yanaşanlar da tapılır.

Başqaları isə tamam fərqli düşünür.

Bu qəbildən olanların fikrincə, ictimai məkanda, xüsusilə də Bakının mərkəzində bədənin ayrı-ayrı hissələrinin nümayiş etdirilməsi, göbək rəqsləri və bəzi ehtiraslı hərəkətlər Azərbaycan cəmiyyətinin qəbul etdiyi davranış normaları ilə uyğun gəlmir. Bu insanlar məsələyə sadəcə “əyləncə” kimi baxmır, onu milli mentalitet və ictimai əxlaq müstəvisində qiymətləndirirlər.

Beləliklə, “Çılğın dondurmaçı” ətrafında əslində daha böyük bir mübahisə yaranır: İctimai məkanda əyləncənin sərhədi haradadır?

Bir tərəf deyir ki, “İnsan öz istəyilə rəqs edirsə, problem nədir?”

Digər tərəf isə soruşur: “Bəs ictimai məkanın öz qaydaları və cəmiyyətin qəbul etdiyi müəyyən davranış çərçivəsi yoxdurmu?”

Məsələnin başqa bir maraqlı tərəfi də odur ki, həmin görüntülər sosial şəbəkələrdə yayıldıqca, hadisə artıq köşkün qarşısında baş verən adi bir əyləncə olmaqdan çıxır. Bir neçə dəqiqəlik küçə performansı telefon kameralarına düşür, sosial şəbəkələrə daşınır və daha geniş auditoriyanın müzakirəsinə çevrilir.

Bu isə müasir şəhər həyatının yeni reallıqlarından biridir: küçədə etdiyiniz hərəkət artıq yalnız orada olanların problemi deyil.

Bir vaxtlar “Torqovı”da baş verən bir hadisəni oradan keçən 20-30 nəfər görürdüsə, bu gün həmin görüntü bir neçə saat ərzində minlərlə insanın qarşısına çıxa bilər.

“Çılğın dondurmaçı”nın yaratdığı atmosferi kimisi rəngli Bakı küçə həyatının bir parçası, kimisi isə ictimai məkanda yolverilməz davranış kimi qiymətləndirir.

Amma bütün bu mübahisələrin fonunda bir sual açıq qalır:

“Torqovı”da dondurma alıb küçənin ortasında belə rəqs etmək sadəcə əyləncədir, yoxsa milli mentalitet və ictimai davranış normaları ilə müəyyən sərhədlər gözlənilməlidir?

Cavab, görünür, dondurmadan daha çox insanın dünyagörüşündən asılıdır. Bəs siz nə düşünürsünüz?
 


A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:520
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri