Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Torres, Foqts, Santuş, meyxanaçı uşaqlar və Azərbaycan futbolu Millimiz “D” liqasında KONKRET

Torres, Foqts, Santuş, meyxanaçı uşaqlar və Azərbaycan futbolu Millimiz “D” liqasında KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycanın milli komandası bu seçmə mərhələni də belə başa vurdu. Azarkeşlərə əsəb, stres, iztirab yaşadan milli, bir oyunda olsun qalib gələ bilmədi. Otuz iki ildir üzərində eksperimentlər aparılan Azərbaycan futbolunun bu qədər miskin duruma düşməsini xatırlamıram. Düzdür, əvvəlki seçmə mərhələlərdə də uğurlu nəticə əldə edilməyib. Amma millimizin seçmə mərhələni cəmi bir  xalla başa vurması əsl biabırçılıqdır.

Yadıma millinin ilk rəsmi oyunları düşür. O vaxt komandada mübariz əhval ruhiyyə olsa da, məşqçilər məğlubiyyətdə futbolçuların  beynəlxalq oyun təcrübəsinin olmadığını bəhanə gətirirdilər. Bu bəhanəylə özlərini sığortalayan o vaxtkı rəhbərlik, hər dəfə yığmanın məğlubiyyətinə bir don geydirsə də, nədənsə sabaha böyük inam var idi.

İdmansevərlər yenə ümid edirdi. Amma hər dəfə daha acınacaqlı, biri-birindən biabırçı məğlubiyyətlər qapımızı döyəndə biz yenə nikbin danışırdıq. “Hələ, futbolçuların beynəlxalq oyun təcrübəsinin olmaması” bizim üçün təsəlli idi. Azərbaycan futbolunda bir neçə nəsl dəyişsə də “beynəlxalq təcrübə” problemi dəyişməmişdi. Yenə böyük hesablı məğlubiyyətlərə görə başımızı aşağı dikirdik, qrupda sonuncu yerdən xilas ola bilmirdik. Azərbaycana dəvət olunan əcnəbi baş məşqçilər də bizimkilərin öhdəsindən gələ bilmədi. Karlo Alberto Torres Braziliya yığmasının heyətində dünya çempionu olanda ağlına da gəlməzdi ki, bir vaxtlar Azərbaycan adlı məmləkətdə sınıq-sökük milliyə rəhbərlik edəcək və karyerasında ən uğursuz dönəm yaşayacaq. 1996-cı ildə Almaniyanı Avropa çempionu edən Berti Foqts da Azərbaycana böyük ümidlərlə dəvət olunmuşdu. Amma almaniyalı məşqçi anlayanda ki, onun rəhbərliyi altında oynayan Oliver Birxov yox, Rahid Əmirquliyev, qapıdakı  Oliver Kan deyil meyxana ulduzu Kamran Ağayevdir artıq gec idi. Foqtsun  seçim imkanı nə gəzirdi? Ən yaxşılar elə meydanda biri-biriləriylə mırtlaşan zarafatcıl azərbaycanlı uşaqlar idi.

Foqts ayılanda ki, meydanı meyxana yarışmasına döndərən bu cocuqlar cəmi 20 dəqiqə mübarizə aparmağa qadirdir, alman sərtliyinə keçdi. Sonra həmkarlarımız Foqtsdan gileylənməyə başladılar ki, bəs bizim gülməşəkər balalarımız bu cür məşqlərə adət etməyib və uşaqlar millinin məşqlərində əzab çəkir. Foqts yaxasını cırmağa başlayanda ki, “ey məndən nəticə gözləyən adamlar, sizin futbolçuların ustalıq səviyyəsi aşağıdır və bunu düzəltməyin yolu millidə yox klublardadır”. Onda ağızlar yenə büzüldü. Məlum oldu ki, millinin aparıcı oyunçusu çıxış etdiyi klubda ehtiyat oyunçular skamyasının daimi “sakiniymiş”. Foqts futbolçulardan 6 saatlıq məşq tələb edəndə bizimkilər alman mütəxəssisə meyxanayla cavab verdilər. Oyundan əvvəl açılan qafiyəni böyük hesablı məğlubiyyətdən sonra rəqib özü qapayırdı. Beləcə, Azərbaycan futbolu hər il bir qədər də zəifləməkdə davam etdi. Azərbaycan azrkeşləri qonşu ölkələrin yığmalarının uğurlarına baxıb həsəd apardıqca AFFA rəhbərliyi yeni ideyalar fikirləşirdi.

Azərbaycan futbolu üçün “canı yanan” bu adamların heç birinin futboldan anlayışları belə yox idi. Futbola fitbol anlayışıyla yanaşanlar yeni eksperimentlər hazırlayır və heç bir effekt əldə edə bilmirdilər. Çünki məsələyə peşəkar yanaşma yox idi. Uşaq futolu bərbad gündə, aşağı yaş qrupları üzrə komandaların oyunları baxılası vəziyyətdə deyildi. 17-18 yaşına çatan bəzi istedadlı futbolçuların əksəriyyəti bir neçə ildən sonra futboldan ayrılmağa məcbur oldular. Bu məsələnin kökündə də peşəkarlıq dayanır. Klub komandaların əsasını legionerlər təşkil edir, klublarda çıxış edən yerli futbolçulara dəyərindən artıq vəsait verilir. Bütün bu və digər amillərdir Azərbaycan futbolunu bu günkü vəziyyətə salan. Millinin heyətində çıxış edən futbolçular arasında legioner həyatı yaşayan 1-2 futbolçu var. Onlar da ya çıxış etdikləri komandalarda ehtiyat oyunçular skamyasında oturur, ya da ümumiyyətlə heyətə düşə bilmirlər. Düzdür, Almaniyanın 2-ci bundesliqasında “Nrünberq”in heyətində Mahir Əmrəlini ara-sıra görmək olur. Bəs qalanları? Musa Qurbanov İsveçdə cəmi bir mövsüm duruş gətirə bilmədi. Digərləri isə Biləcəridən o tərəfə keçməyi bacarmayıblar. Milli komandaya isə portuqaliyalı Fernandu Santuş baş məşqçi gətirilir. Niyə? AFFA rəhbərliyi bilmir ki, Santuş futbolçu olmayan yerdə uğur qazana bilməyəcək? Onlar bəlkə güman edirlər ki, Santuşla bərabər Portuqaliya futbolu da Azərbaycana gələcək. Yanılışıqları təkcə Santuşun üzərinə qoymaq lazım deyil. Santuş dayaq müdafiəçisi rolunda meydana buraxmağa oyunçu tapmır. “Ən istedadlı” müdafiçilərimizin isə  ustalığı isə göz önündəydi. Santuş adət etdiyi hücum futbolu oynatmağa hücumçu tapmır. Milli uşaq baxçasını xatırladır. Məğlubiyyətdən sonra ağlayan uşaqların xəcaləti başa düşüləndir. Onlar meydana uduzmağa çıxmırlar. Amma ustalıq səviyyələri aşağıdır və rəqibə müqavimət göstərə bilmirlər.

İsveçlə oyunu şərh edən həmkarımıza isə sanki Azərbaycan futbolunun biabırçılığını ört-basdır etmək tapşırığı verilmişdi. İki kəlməni bir-birinin ardına qoşub danışmaqda çətinlik çəkən adam Azərbaycanla İsveç futbolunu müqayisə etməklə sanki biarbırçı məğlubiyyəti sığortalamağa çalışırdı. Guya, İsveç futbolçularının qidalanması bizimkindən yaxşı imiş. Bəyəm Azərbaycan futbolçuları ac qalır? Şərhçi utanmaz-utanmaz  İsveç futbolçularının təlim-məşq şəraitinin bizimkilərədən yaxşı olduğuna da diqqət çəkir. AFFA-nın tezislərini höcələyə-höcələyə oxuyan şərhçi Azərbaycan millisi üçün yaradılan şəraiti, komanda üçün xərclənən milyonlar barədə niyə danışmır?  Azərbaycan millisinin  ən bahalı təlim-məşqlərdə iştirakı niyə yaddan çıxır? Bütün bunlar bəhanədir və Azərbaycan azarkeşinin gözündən yayınmır.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri