“Tottenhem”in qapıçısı Vikario yay transfer pəncərəsində klubdan ayrılacaq
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Tottenhem Hotspur"un qapıçısı Qulyelmo Vikario komandanın mövsümöncəsi təlim-məşq toplanışı heyətinə daxil edilməyib.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Məlumata əsasən, klubun onunla yollarını ayırmaq niyyəti təsdiqlənib.
İtalyan qapıçı yay transfer pəncərəsinin bağlanmasından əvvəl London klubundan ayrılacaq. Vikarionun təlim-məşq toplanışı heyətinə daxil olmaması onun tezliklə komandadan ayrılacağının açıq əlamətidir.
Daha əvvəl "İnter"in qapıçıya maraq göstərdiyi bildirilirdi. Vikarionun "Tottenhem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. 2025/2026 mövsümündə o, bütün yarışlarda 43 oyun keçirib, 65 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 İyul 2026 05:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















