Icma.az
close
up
RU
Tovuz Dövlət Sosial İqtisadi Kollecində qalmaqal bitmir: Direktorun fəaliyyəti yenidən gündəmdə KONKRET

Tovuz Dövlət Sosial İqtisadi Kollecində qalmaqal bitmir: Direktorun fəaliyyəti yenidən gündəmdə KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində qalmaqallı idarəçilik davam edir.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən qanunsuz işdən çıxarılmış müəllimə İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı tərəfindən KONKRET.az-a şikayət məktubu daxil olub. Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi dərc edirik:

“Əvvəlki müraciətlərimizdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubovanın şəxsi istək və arzudan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları barədə məlumat vermişdik. Qeyd etmişdik ki, 14 noyabr 2024-cü il tarixdə qanunsuz olaraq ixtisar adı ilə işdən çıxarılmışıq. Hazırda bunu sübut edən başlıca şərt kimi qeyd edirik ki, 11 mart 2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsi bizim işə bərpa edilməyimiz barədə ədalətli qərar vermişdir. Hətta kollecin direktoru Hicran Əyyubova yerli məhkəmənin çıxartdığı qərarla bağlı Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək ləğv edilməsinə çalışsa da, 26–27 may 2025-ci il tarixlərində Gəncə Apellyasiya Məhkəməsi direktorun iddiasını təmin etməmişdir.

Belə ki, Tovuz Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin 13.02.2014-cü il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası”nın müddəalarına əsasən, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Belə olan halda, kollec direktorunun müstəqil şəkildə ixtisar apararaq əmək müqaviləsinə xitam verməsi haqqında əmr imzalaması hüquqi əsasdan məhrumdur və səlahiyyət hüdudlarının aşması kimi qiymətləndirilir. Göründüyü kimi, direktorun bu cür əhəmiyyətli qərar qəbul etmək — yəni struktur dəyişiklikləri aparmaq, ştat vahidlərini ləğv etmək və ya ixtisar qərarları vermək səlahiyyəti olmadığı müəyyən olunmuşdur. Yəni Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova bağışlanmaz ciddi qanun pozuntusuna yol vermişdir.

Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3, 4-1 və 12-ci hissəsinə, 12-ci maddənin b) və c) bəndlərinə, 68.1, 70, 78.2, 80.1, 80.2 və 300-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.29-29-cu maddəsinə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1 və 216–220-ci maddələrinə istinad etmişdir.

Eləcə də işdən çıxarılmamızdan 8 ay keçməsinə baxmayaraq, hələ də əməkhaqlarımızı ala bilməmişik. Direktor saxta protokolları əsas tutaraq əməkhaqlarımızın ödənilməsindən boyun qaçırır, şər-böhtan ataraq bildirir ki, “işə gəlməmisiz, sizə necə əmək haqqı verim?” Əgər həqiqət Hicran Əyyubovanın dediyi kimidirsə, qeyd olunan protokol tərtib olunan 30 gün ərzində işə gəlməmişiksə, niyə bizim barəmizdə xəbərdarlıq, töhmət və s. tədbirlər görülməmişdir? Əmək Məcəlləsindən xəbəri olmayan Hicran Əyyubova bilmir ki, 1 gün belə üzrlü səbəb olmadan işə gəlməmək ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə tənzimlənir. Necə ola bilər ki, 15 gün işə gəlmirik, sonra 1 ay təhsil məzuniyyətinə gedirik, yenidən 15 gün işə gəlmirik və ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılırıq? Hicran Əyyubova üçün bu, gülüncdür, deyilmi?

Nikbinik, inanmaq istəyərdik ki, Elm və Təhsil naziri Emin Əmrullayev Tovuz Dövlət Sosial-İqtisadi Kollecində nə baş verdiyini araşdıracaq, bu kollec barəsində indiyə qədər yazılmış tənqidi məqalələrin internet üzərindən axtarılıb araşdırılmasına göstəriş verəcək, ən azından məntiqin, ədalətin kimin tərəfində olduğuna əsaslanacaq.

Çünki kollecdə ikrah doğuran qaydalar tətbiq olunur, Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulur, işə gəlməyən müəllimi cəza gözləmir… Sadəcə əmək haqqı almırsan. Necə ki, direktor bizə şər ataraq deyir ki, “işə gəlməmisiz, sizə əmək haqqı düşmür”. Axı Əmək Məcəlləsi o, deyəni demir!

“Mənim üçün sənəd vacibdir”, – deyən direktor Hicran Əyyubova Azərbaycan Dövləti adından çıxarılan 2 məhkəmə qərarını sənəd saymır, amma bizim (15–20 il təcrübəli müəllimlərin) yerimizə qeyri-qanuni yollarla işə götürdüyü, bir gün, bir saat belə təcrübəsi olmayan müəllimləri işdən çıxara bilmərəm deyir. Görəsən, bu təcrübəsi olmayan müəllimlərin müdafiəsinə qalxmağa direktoru məcbur edən “səbəb” nədən qaynaqlanır, hörmətli Elm və Təhsil naziri Emin Əmrullayev?! Axı direktor bir müddət əvvəl onları müqavilə ilə işə götürmüşəm deyirdi, buna dair əlimizdə təkzibolunmaz faktlar var və indiyə qədər də mətbuata müraciətimizdə qanunlardan, faktlardan kənar bir fikir səsləndirməmişik.

Qaldı, üzümüzü Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərovaya tuturuq.

Hörmətli Ülkər xanım!

Direktor Hicran Əyyubovaya fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sonuncu xəbərdarlıq olmaqla, şiddətli töhmət verilibmi? – Verilib!

Direktor Hicran Əyyubova Dövlət Əmək Müfəttişliyi tərəfindən 30.12.2024-cü il tarixli MN1612925 saylı protokolla inzibati məsuliyyətə cəlb edilərək cərimələnibmi? – Cərimələnib!

Direktor Hicran Əyyubovanın bizləri qanunsuz olaraq işdən çıxartdığını 2 məhkəmə instansiyası təsdiqləyibmi? – Təsdiqləyib!

Direktor Hicran Əyyubovanın bizə dair saxta sənəd tərtib etdiyini (29 sentyabr 2024-cü il tarixi, bazar günü) Dövlət Əmək Müfəttişliyi aşkarlayıbmı? – Aşkarlayıb!

Bir müddət öncə saytlarda direktor Hicran Əyyubovanın kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası Xatirə Uğuzova tərəfindən kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə 900 manat, daha sonra Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verməsinə dair Akif İbrahimovun videomüraciəti yayımlanıbmı? – Yayımlanıb!

Qızıl üzük, ətir və şokolad bağlamasının Lamiyə adlı müavin vasitəsilə verilməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilibmi? – Verilib!

DSMF-nin hesabına dair çıxarışdan məlum olur ki, işdən çıxarıldığımız aylarda bizim adımıza gələn əmək haqları olmuşdur. Lakin Kapital Bankın Tovuz rayon filialının rəsmi çıxarışına əsasən, bu vəsaitlər əmək haqqı kartlarımıza yönləndirilməyib. Bu, açıq maliyyə pozuntusu və korrupsiya faktıdır. Araşdırılanda vəsaitlərin hansı kartlara köçürüldüyü, necə nağdlaşdırıldığı ortaya çıxacaq. Bununla bağlı maliyyə sxemini növbəti yazımızda açıqlayacağıq. Əlimizdə olan sənədləri direktor inkar edə bilərmi? – Edə bilməz!

Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsindən uzaqlaşdırılsın?

Əminik ki, bu gün uzaqda deyil və bu mənada nikbinliyimizi pozmadan, hissə qapılmadan, təxribata uymadan sonadək mübarizəmizi davam etdirəcəyik!

Məsələni aydınlaşdırmaq üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, sorğuda qeyd olunan Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş inzibati xəta haqqında qərar Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 18.03.2025-ci il tarixində ləğv edilmişdir.

Bundan əlavə, sorğu müəlliflərinin diqqətinə çatdırılır ki, dövlət qurumları şayiələr əsasında işləmir. İrəli sürülən iddialar təsdiqedici və sübutedici sənədlərlə birlikdə təqdim edilməlidir.

Eyni zamanda qeyd edilir ki, Hicran Əyyubova yüksək intellektli, savadlı və vicdanlı təhsil işçisidir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see200

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see174

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see174

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see174

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see142

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see135

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see127

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri