Tovuz Rayon İcra Hakimiyyətində yeni təyinatlar EKSKLÜZİV
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Tovuz Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə icra başçısı Məmməd Məmmədov əmrlər imzalayıb. İcra başçısının əmri ilə ləğv edilmiş İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Taryel Əlixan oğlu Məmmədov Memarlıq-tikinti məsələləri sektoruna Böyük məsləhətçi təyin edilib.
İcra başçısının digər əmri ilə ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Elşən oğlu Əliyev İctimai-siyasi və humanitar məsələlər sektoruna müdir təyin olunub.
M.Məmmədovun digər əmrləri ilə ləğv edilmiş Hüquq şöbəsinin əvəzində yaradılan Hüquq və kadr məsələləri sektoruna rəhbər təyin olunub. Hüquq şöbəsində məsləhətçi işləmiş Hüseyn Ədalət oğlu Hüseynov sektora müdir təyin olunub.
Bununla yanaşı, ləğv edilmiş Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Aydın oğlu Fərmanzadə yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna müdir vəzifəsinə gətirilib. O, həmçinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə də təyinat alıb.
İcra başçısının əmri ilə ləğv edilmiş Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülnar Paşa qızı Əsgərova Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















