Tovuzda 14 yaşlı qızı 33 yaşlı kişi ilə evləndirən valideynlər həbs edildi
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.
Axşam.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.
***
“Qafqazinfo”nun məlumatına görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 16 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















