Tovuzda ağır qəza nəticəsində bir nəfər ölüb FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.
Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuzun Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Baxış sayı:114
Bu xəbər 09 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















