Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, onların səhhətlərində dönər yedikdən sonra ciddi narahatlıq yaranıb.
"Dönərin yarısını yemişdilər, uşaq bir anda göyərdi, dayanmadan qusmağa başladı. Tez-tələsik xəstəxanaya apardıq. İki sistem qoşublar, amma hələ də özünə gəlməyib", - deyə zərərçəkənin yaxını bildirib.
Digər zərərçəkənin nənəsi isə deyib ki, nəvəsi məktəbin yaxınlığında yerləşən dönərxanadan dönər sifariş verib. Yedikdən sonra özünü pis hiss edib və qusmağa başlayıb.
"Xəstəxanada dedilər ki, bu gün zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı çoxdur", - o əlavə edib.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 İyun 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















