Icma.az
close
up
RU
Tovuzda mühüm qələbə

Tovuzda mühüm qələbə

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşdı.

Ümumiyyətlə, “bozqurdlar” mövsümün ikinci yarısına çox fərqli start verdilər. “Kəpəz” və “Sabah”a uduzub, “Səbail”lə bərabərə qalan Kurban Berdıyevin yetirmələri, müvafiq olaraq turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan “Qarabağ” və “Araz-Naxçıvan”ı məğlub etməyi bacarıblar. Hazırda qeyri-stabil çıxış sərgiləyən Tovuz təmsilçisi çempionatdakı balanslılığı da pozan komandadır.

Autsayderlərlə görüşlərdə xal itirib, favoritlərlə oyunlardan 3 xalla çıxmaq xüsusi bacarıq tələb edir. Doğrusu, Naxçıvan təmsilçisiylə mübarizədə qırmızı vərəqə tovuzluların köməyinə çatdı. Hər iki komandanın meydanda apardığı mübarizə futbol adına heç bir zövq verməsə də, qonaqların müəyyən üstünlüyünü görmək olurdu. 47-ci dəqiqədə İqor Ribeyronun meydandan qovulmasıyla komandasını azlıqda qoymasına qədər bu proses davam etdi. Hətta azlıqda qalmalarına baxmayaraq, Elmar Baxşıyevin yetirmələri irəli atılıb, qol vurmaqda daha istəkli idi. Lakin say azlığı səbəbindən oyunçuların fiziki baxımdan yorulmaları, komandanın işini çətinə saldı. “Turan Tovuz” isə son dəqiqələrdə rəqibinin çöküşündən maksimum dərəcədə yararlandı. Bir baxımdan “qırmızı”ya qədər olan periodda belə qonaqlar “çərçivə”yə düşməkdə çətinlik çəkirdi.

Qələbəyə baxmayaraq, Berdıyevin kollektivinin sərgilədiyi oyunda kifayət qədər boşluqlar da oldu. Təbii, komandanın önəmli üzvləri olan Şəhriyar Əliyev, Roderik Miller və Denis Marandiçinin yoxluğu burada özünü göstərdi. Məşqçilər heyəti növbəti oyunlarda doğru rotasiyalar etməsələr, bu matçdakı kimi şansları gətirməyə bilər.

Avrokuboklara vəsiqə qazanmaq üçün iddialı olan “Turan Tovuz” hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb və üçüncü sırada yer alan “Zirə”ylə aradakı xal fərqi 3-dür. Bu fərqin qapanması üçün isə daha da diqqətli və məzmunlu oyun sərgiləmək lazımdır.

“Araz-Naxçıvan”a gəlincə, Ramon Maçadonun yoxluğuyla yaranan hücumdakı yetərsizlik, heyətin kasadlığına işarədir. Komandanın hazırkı mövqeyi rəhbərliyin avrokuboklarda iştirak etmək şərtini qane etsə də ən yaxın izləyicisi “Zirə” ilə aradakı xal fərqinin 2-yə enməsi həyəcan siqnalıdır. Üstəgəl komandanın fasilədən sonra keçirtdiyi 5 çempionat matçından sadəcə 1 qələbə qazanması, geriləmə olduğunu göstərir. Yəqin ki, məşqçilər korpusu bu gedişatı analiz edəcək. Xüsusən də komandanın ön xətdəki məhsuldarlığının zəif olması, başlıca problemlərdən biridir. Baxşıyev “Qəbələ”də çalışdığı dönəmdən tanıdığı Əyyub Allaşla bu problemi həll etməyə çalışır. Ancaq futbolçunun gözləntiləri doğrultduğunu demək mümkün deyil.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see325

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see255

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see247

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see244

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see240

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see224

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see220

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see207

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see206

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see205

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see204

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see200

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see190

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see170

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see169

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see163

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see161

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see160

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri