Icma.az
close
up
RU
Toy məclisində dava salan şəxsə hökm oxundu

Toy məclisində dava salan şəxsə hökm oxundu

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyam İslamovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1500 manat miqdarında cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 24 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Gold Palace” şadlıq sarayında qeydə alınıb.

Belə ki, Niyam İslamov toy məclisində sərxoş vəziyyətində olarkən şadlıq sarayının dəhlizində kresloda oturan zərərçəkmiş İmran Yaqubluya (şərti) yaxınlaşıb. O zərərçəkmişin sifariş verdiyi mahnının yarımçıq saxlanılması səbəbini soruşub. İmran isə ona “get işlərinlə məşqul ol” sözünü deyib. Bu zaman Niyam qəflətən yumruq və şillə ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

Kamal Məmmədov

seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri