Icma.az
close
up
RU
Paşinyan Katolikosu hədəf alıb Ermənistan parçalanır POLİTOLOQ

Paşinyan Katolikosu hədəf alıb Ermənistan parçalanır POLİTOLOQ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Tural İsmayılov: “Baş nazirin ritorikası 2026 seçkilərinə də təsir edəcək”



 Ermənistanda hökumət və Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən qarşıdurma son günlərdə yeni və daha kəskin bir mərhələyə qədəm qoyub. Kilsə rəhbəri II Qareginin xarici səfərdən qayıtdıqdan sonra çoxsaylı tərəfdarları tərəfindən qarşılanması, onun media qarşısında verdiyi "məsələnin dinc yolla həllini istəyirik" bəyanatı, hadisələrin nə qədər ciddi olduğuna işarə edir.


Bununla belə, Ermənistan hökuməti də susmur. Parlamentin spikeri Alen Simonyan kilsə rəhbərinin subaylıq andını pozduğunu iddia edərək onun ailəsi və övladı olduğunu açıq şəkildə bildirib. Bu, faktiki olaraq, II Qareginin dini nüfuzunu və mənəvi mövqeyini hədəfə alan, onu xalqın gözündə gözdən salmağa yönəlmiş kampaniyanın bir hissəsidir. Simonyanın "kilsə xalqa məxsusdur, onun rəhbərini də xalq seçməlidir" açıqlaması isə Ermənistan tarixində ilk dəfə olaraq, dini rəhbərliyin legitimliyi məsələsini gündəmə gətirir.


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan ilə erməni Apostol Kilsəsi arasında son dövrlərdə kəskinləşən qarşıdurma ölkənin siyasi və mənəvi landşaftında ciddi dalğalanmalar yaradıb. Bu münaqişə təkcə dini və dövlət münasibətlərinə deyil, həm də Ermənistanın daxili sabitliyinə və xarici siyasətinə təsir edir: 

“Paşinyanın kilsəyə qarşı sərt ritorikası, xüsusilə Katolikos II Qareginə yönəlmiş ittihamları cəmiyyətdə dərin bölünmələrə səbəb olub. Onun kilsəni “anbar otaqları” adlandırması və din xadimlərinin selibat vədinə riayət etmədikləri ilə bağlı açıqlamaları hədəflədiyi hücum kampaniyası kimi qəbul edilir. Erməni Apostol Kilsəsi xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Paşinyanın istefasını tələb edərək hökumətə qarşı açıq müxalifət nümayiş etdirib. Bu, Paşinyanın kilsəni siyasi rəqib kimi görməsinə səbəb olub. Münaqişənin kökləri 2020-ci il müharibəsində Ermənistanın məğlubiyyətinə gedib çıxır, hansı ki, kilsə və müxalifət Paşinyanı əsas məsuliyyət sahibi hesab edir”.


Politoloq Paşinyanın kilsəyə qarşı ritorikasını daxili siyasi böhranı ört-basdır etmək cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkədə iqtisadi problemlər, Qarabağdan olan məcburi köçkünlərin vəziyyəti və demokratik geriləmə onun administrasiyasına qarşı narazılığı artırır: 

“Kilsəyə hücumlar diqqəti bu problemlərdən yayındırmağa xidmət edə bilər, lakin eyni zamanda cəmiyyətdəki parçalanmanı dərinləşdirir. Paşinyanın kilsənin Katolikos seçkilərinə dövlətin müdaxiləsi təklifi isə konstitusiyaya ziddir və hüquq müdafiəçiləri tərəfindən tənqid olunur. Keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın ritorikasını “milli təməllərə zərər vuran” və “təhlükəli” adlandırıb. Bəzi mənbələr Paşinyanın kilsəyə qarşı kampaniyasında Rusiyanın rolunu qabardaraq kilsənin Moskvadan təlimat aldığını vurğulayır ki, kifayət qədər haqlı yanaşmadır”.

Bu qarşıdurmanın Ermənistanın daxili siyasətində yeni gərginlik mənbəyi yaradıb, siyasi elitanın birliyini sarsıdacağını vurğulayan T.İsmayılov qeyd edib ki,  Paşinyanın kilsəyə qarşı ritorikası onun xarici siyasət prioritetlərini zəiflədəcək: “Nəticə etibarilə, Paşinyan və Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma təkcə dini və siyasi müstəvidə deyil, həm də Ermənistanın milli kimliyi və gələcək istiqaməti baxımından dərin təsirlərə malikdir. Paşinyanın kilsəyə qarşı sərt ritorikası qısamüddətli siyasi dividendlər gətirsə də, uzunmüddətli perspektivdə cəmiyyətdəki bölünməni dərinləşdirərək ölkəni daha böyük böhranlara sürükləyə bilər. Ermənistanın sabitliyi və sülhü üçün hər iki tərəfin dialoqa və kompromisə hazır olması zəruridir. Bu isə mümkünsüz görünür.

Onu da deyim ki, gələcəkdə qarşıdurmanın daha da dərinləşməsi və siyasi böhran ehtimalı kilsə və Paşinyan arasında "olum, ya ölüm" mərhələsinə qədəm qoyulması qarşıdurmanın uzunmüddətli və mürəkkəb siyasi böhrana çevrilmə ehtimalını artırır. Bu, 2026-cı il parlament seçkilərinə də təsir göstərə bilər və ölkənin siyasi gələcəyini qeyri-müəyyən edir.

Erməni cəmiyyəti uzun illər kilsəyə güclü bağlı olub. Paşinyanın kilsəyə qarşı sərt mövqeyi cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirir, bir tərəfdə kilsəyə bağlılıq, digər tərəfdə isə Paşinyanın islahatlarını dəstəkləyənlər yaranır.

Paşinyan kilsəni "əxlaqsız" adlandıraraq ideoloji müharibəyə başlayıb. Bu, ölkədə milli və dini dəyərlər ətrafında ciddi müzakirələrə və qarşıdurmalara səbəb olur, ideoloji gərginliyi artırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri