Prospektdə təhlükəli anlar: Yolun ortasında gəzən qız və oğlan özlərini maşınların önünə atdı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Heydər Əliyev prospektində təhlükə yaradan piyadalar avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyunun 8-də saat 23:17 radələrində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsində gəzən gənc qız maşınların önünə qəfil çıxaraq sürücüləri çətin vəziyyətdə qoyub. Kadrdan da göründüyü kimi, piyada anidən maşının önünə çıxıb və sürücü sola manevr edərək baş verəcək qəzadan son anda qurtulub. Piyadadan biraz aralıda olan gənc oğlan da qəza şəraitinə səbəb olub.
İzləyicinin sözlərinə görə, o, qəsdən yolun ortasında gəzərək özünü maşınların qarşısına atıb. Prospektdə təyin olunmuş sürət həddinin 90 km/saat olduğunu nəzərə alsaq piyadaların vurulma riski daha da artır. İzləyici avtomobili 60 km/saatla idarə etdiyi üçün təhlükədən yayındığını əlavə edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















