Toy məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: AQTA araşdırmaya başladı
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil olunan toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Dominos pizza
İlkin araşdırmalara əsasən, toy məclisində iştirak edən 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda zəhərlənən şəxslərin vəziyyətinin yaxşı olduğu bildirilir. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə yerindən mütəxəssislər tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
AQTA xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə ciddi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















