Icma.az
close
up
RU
Toya bənzər yas məclisləri Nəzarət necə olmalıdır?

Toya bənzər yas məclisləri Nəzarət necə olmalıdır?

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə yas mərasimlərinin dəbdəbəli təşkili məsələsi yenə gündəmdən düşmür. İnsanlar tərəfindən müzakirələrə səbəb olan toya bənzər şəkildə təşkil edilən yas mərasimlərinə nəzarət necə olmalıdır?

Mərasimlərin bu şəkildə təşkilinin qarşısını almaq üçün hansı addımlar atılıb və atılmalıdır?

Mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev Trend-ə bildirib ki, İslam coğrafiyasına nəzər saldıqda yas mərasimlərinin keçirilməsinin müsəlman ölkələrində fərqli formada qeyd olunduğunu görürük.

"Bəzən bir ölkədə müxtəlif formada yas mədəniyyəti formalaşır. Azərbaycanda da yas mərasimlərinə bölgələr üzrə özünəməxsus tərzdə yanaşılır və bunula bağlı illərdir ki, oturuşmuş adət-ənənələr mövcuddur. Bu ənənələr içərisində 3,7,40,52 və cümə axşamları, habelə, mərhumun dünyasını dəyişdiyi günün ildönüm kimi qeyd edilməsi var. Çox təəssüf ki, bu mərasimlərin həddindən artıq təmtəraqlı keçirilməsinin şahidi oluruq. Halbuki dini qaydalara görə insan dünyasını dəyişdikdən sonra onun varislərinin boynuna meyitə qüsl verdirmək, hənutlamaq, kəfənləmək, namaz qıldırmaq və dəfn etmək öhdəliyi vacib olur. Bu vacib işlərdən sonra gördüklərimiz isə dinin hökmü deyil, adət-ənənədir", - o deyib.

O qeyd edib ki, son dövrlərdə yas mərasimlərinin dəbdəbəli keçirilməsi, bahalı qəbirüstü abidələrin qoyulması gündəmi zəbt edib.

"Qafqaz Müsəlmanlar İdarəsi Qazılar Şurası bu barədə dəfələrlə tövsiyələr vermiş, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) bölgələrdə maarifləndirici tədbirlər keçirmişdir.

Yas mərasimlərinin qadağan edilməsi məsələsinə gəldikdə isə bu adət-ənənədir və qanunla tənzimlənmir. Yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qarşısını ictimai qınaqla almaq mümkün olar. Bu işə ziyalılar, ağsaqqallar, din xadimləri cəlb olunmalı, DQİDK-nın təşkil etdiyi maarifləndirici tədbirlərdə ictimaiyyət nümayəndələrinin fəal iştirakı təmin olunmalıdır. Həmçinin yaxşı olar ki, bu məsələdə İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd (s) aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edilsin", - deyə o əlavə edib.

Məsələyə münasibət bildirən ilahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov isə Trend-ə qeyd edib ki, İslam dini israfçılığı qəbul etməyən bir dindir:

"Dəbdəbəli həyat, dəbdəbəli yaşamaq İslamda bəyənilən əməllərdən deyil. Təəssüf ki, bu gün dəbdəbəli hallar cəmiyyətdə geniş yayılıb və bir sıra hallarda da bu məsələlər dinlə və dini dəyərlərlə əsaslandırılır. Əslində bu məsələnin dini dəyərlərlə heç bir əlaqəsi yoxdur. Bu artıq bir ənənə kimi formalaşıbdır. Dünyanın bir çox müsəlman ölkələrində bu cür mərasimlər keçirilir. Amma İslamda 3 gündən artıq yas saxlamaq yoxdur. İslam dini 3 gündən artıq yas saxlamağı qəbul etmir. Ona görə də bu gün bizdə edilən mərasimlər birmənalı qarşılanmır. İnsanlarımız da çalışmalıdır ki, israfçılıqdan, dəbdəbədən, günah əməllərdən uzaq olsunlar".

O bildirib ki, insanlar yas mərasimlərini İslam dəyərlərinə və ənənələrinə uyğun bir formada keçirməlidirlər.

"Bütün hallarda bu məsələlər elə edilməlidir ki, əndazədən çıxmasın. İnsanlar bu işləri görərkən müəyyən bir çərçivəni, normaları, qaydaları gözləməlidirlər və israfçılıqdan, dəbdəbədən uzaq olmalıdırlar. Çünki bir sıra hallarda bu məsələ cəmiyyətdə də birmənalı qarşılanmır və əksər hallarda bu barədə geniş müzakirələr aparılır. Yas mərasimlərində çay süfrəsi ola bilər. Uzaqdan gələnlər üçün hansısa formada bu ola bilər. Amma dəbdəbəli şəkildə edilən yas mərasimlərinin dinlə heç bir əlaqəsi yoxdur. Din israfçılığın əleyhinədir. Bu cür addımlarda insanlar diqqətli olmalıdırlar. Dinin adından hansısa işlər görürlərsə, elə etməlidirlər ki, dinimizə xələl gəlməsin. Müəyyən çərçivədə, normada, qaydalar daxilində bu prosses getməlidir və tənzimlənməlidir", - deyə deputat əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Fevral 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri