Icma.az
close
up
RU
Toyda kütləvi dava: Xəsarət alan var TƏFƏRRÜAT

Toyda kütləvi dava: Xəsarət alan var TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samux rayonunda 1991-ci il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Fazilə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Fərhad 16 noyabr 2023-cü ildə, saat 20:22-də Samux rayonu, İnstitut qəsəbəsi, Atabəylər prospekti yolunda yerləşən “Sərinim” Şadlıq sarayında tanışının bacısının toy məclisində qardaşı və digər tanışları ilə birlikdə qonaq qismində iştirak edib.
Fərhad spirtli içki qəbul etdikdən sonra stuldan qalxarkən yıxılmasına onlarla bir stolda əyləşmiş tanışı Fazilin irad bildirərək gülməsini öz şəxsiyyətinin təhqir olunması kimi qəbul edib. O, heç bir əsaslı səbəb olmadan əvvəlcə onunla sözlə mübahisə edib, ətrafdakı şəxslər onu sakitləşdirib araladıqdan sonra mübahisəsini davam etdirib. 
Aralarındakı məsələyə aydınlıq gətirməsi üçün Fazilin məclisdən çıxmasını deyib və şadlıq sarayının giriş qapısının qarşısındakı dəhlizə çıxaraq onu cəzalandırmaq üçün gözləyib. Fazilin arxasınca dəhlizə çıxdıqdan sonra isə qoluna girərək bir neçə addım getdikdən sonra yıxıldığına bıçaqla ona qarnına vurub. 
Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olub, Bakı şəhərində işləyib: “Fazili Gəncə şəhəri Dəmiryolu vağzalı tərəfdə tanımışam. Digər tanışım İlhamın bacısının toy məclisinə Samux rayonunda yerləşən “Sərinim” Şadlıq sarayına qardaşım Ayxanla dostları ilə getmişdim. Qardaşım Ayxan Fazillə bir stolda əyləşmişdi, hamımız yeyib-içdik. Qardaşım çox içdiyinə görə stuldan qalxdı və yuyunmağa gedəndə ayağı büdrəyib yerə yıxıldı. Fazil isə buna gülərək “içib özünü apara bilmir” dedi. Fazilin bu sözünə əsəbləşərək niyə gülməsini soruşdum. Fazil mənə “nə deyirsən” deyəndə qardaşıma gülməməsini dedim. Fazil “yaxşı eləyirəm, özüm bilərəm” deyəndə mübahisə yarandı. Stol arxasında mübahisə etdik. Stoldan qalxanda yerə yıxıldım, cibimdə həmişə üstündə saxladığı bıçaq yerə düşmüş sağ cibimə qoydum və şadlıq sarayının qarşısında dəhlizə çıxdım. İlhama Fazillə sadəcə olaraq söhbət edəcəyimi dedim. Fazili gözlədim, çölə çıxdığını godum. Onu qarşılayaraq sol qolum sağ qoluna girdim və bir qədər söhbət edərək aralaşdım. Fazil məni təhqir etdi. Mən bıçağı çıxararaq bir dəfə Fazilin qarın nahiyəsinə zərbə vurdum. Sonra da aralanaraq evə getdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, evə getdikdən sonra əynini dəyişib və polisə təslim olub: “Bıçağı hara qoyduğumu isə xatırlamıram. Hadisədən sonra bıçağı itirmişəm. Hadisə ehtiyyatsızlıqdan baş verib”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir: “Fərhadı xeyli müddətdir tanıyıram. Fərhadla əvvəl ədavət və düşmənçiliyim olmayıb. Bizim ortaq dost-tanışlarımiz var”. 
Zərərçəkmiş qeyd edib ki, 16 noyabr 2023-cü ildə dostu İlhamın bacısının toy məclisində iştirak edib: “Toy Samux rayonunda yerləşən “Sərinim” şadlıq sarayında olub. Toya dostlarım və həmçinin Fərhadla görüşərək getdik. Eyni stolda əyləşik,  yeyib-içdik. Mənimlə Fərhadın arasında Tural oturmuşdu. Bir qədər yeyib-içdikdən sonra Fərhadın qardaşı Ayxan çox içdiyindən ayaq üstə dura bilmədi. Ayxan ayaqyoluna getmək üçün stuldan duranda ayağı büdrədi və yıxıldı. Fərhada “qardaşını götür apar” dedim. Fərhad isə əsəbi formada “sən bu vəziyyətə düşməmisən?!” dedi. Fərhadla aramızda narazılıq oldu, mübahisə etdik. Stolda olan şəxslər Fərhadı çölə çıxartdı. Fərhad isə stuldan qalxanda “çıx çölə, söhbətimizi qurtaraq!” dedi. Bir neçə dəqiqə sonra Tural çölə çıxanda stolda tək qaldığım üçün siqaret çəkmək üçün şadlıq sarayının qarşısına çıxdım. Giriş qapısından çıxanda Fərhadı gördüm. Mənə yaxınlaşaraq yanaşı dayandı və sol qolu ilə sağ qoluma girərək addımlamağa başladı. Giriş qapısının qarşısındakı dəhlizdə qəflətən sağ əli ilə qarın nahiyəmə bir dəfə vurdu. Mən qarın nahiyəmdə bərk ağrı hiss etdim və dərhal Fərhaddan uzaqlaşaraq şadlıq sarayının sol tərəfinə keçdim. Baxanda əlimdə qan gördüm. Şadlıq sarayının qarşısında dayanan dövlət qeydiyyat nişanını bilmədiyim bir taksiyə oturdum və ətrafdakı şəxslərdən kimsə taksi sürücüsünə məni tez xəstəxanaya aparmağı dedi. Sürücü məni Gəncə şəhər 3 saylı xəstəxanaya apardı”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhad 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri