Toyda qohumlar dalaşdı, xəsarət alan var
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində olan şadlıq saraylarının birində qeydə alınıb.
Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb.
Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb.
Kürək nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılan E.Vəliyevin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Baxış sayı:47
Bu xəbər 12 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















