Icma.az
close
up
RU
Toydan çıxıb iş yoldaşını bıçaqladı Belə olsun istəməmişdim

Toydan çıxıb iş yoldaşını bıçaqladı Belə olsun istəməmişdim

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1996-cı il təvəllüdlü Əfqan dövlət qurumlarından birinin təsərrüfat balansında olan və istifadəsi dayandırılmış fermada özünə məxsus xırda buynuzlu heyvanları saxladığına görə zərərçəkmiş Əli (adlar şərtidir – red.) tərəfindən hər dəfə ondan heyvanları oradan çıxarmasını tələb etməsi ilə bağlı aralarında mübahisələr yaranıb.
Aralarında sözlü mübahisə yaratmasından hiddətlənən Əfqan 2025-ci ilin avqustun 29-da, saat 21:30-da Əli ilə yenidən mübahisə edib. Sözlü mübahisə zamanı üzərində olan bıçaqla ona xəsarət yetirib. 
Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü toy mərasimində olub: “Saat 11 radələrində mənə zəng edərək sahədən qoyunları çıxartmaq lazım olduğunu bildirdilər. Dərhal qardaşım ilə birlikdə oraya getdim. Avtomobildən düşəndə ayaq altında olan qoyun kəsmək üçün istifadə etdiyi bıçağı da özüm ilə götürdüm. Avtomobildən düşən kimi bıçağı sağa-sola fırlatmaqla nümayiş etdirdim və bunun nəticəsi olaraq bıçaq Əliyə dəydi. Mənim Əlini vurmaq fikrim olmayıb. Sadəcə qorxutmaq istəmişəm. Sözü gedən qoyunlar mənə məxsus olub. Dövlət tərəfindən verilmiş pay torpaq sahələrinə salmışam. Bizim yanımızda da dövlətə məxsus olan ferma olub. Həmin sahələr dövlət qurumunun balansında olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra sahələrin sərhədləri yenidən təyin olunub və onlara heyvanları oraya salmamları ilə bağlı xəbərdarlıq edilib:
“Xəbərdarlıqdan sonra heyvanları dağa aparmışam. Bizə qayıdanda tədbir olacağını, tədbirdən sonra heyvanları həmin sahəyə sala biləcəyimizi bildirildi. Törətdiyim əməldən peşman olmuşam. Zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş zərəri ödəmişəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq olmaqla 3 il şərti cəza verilib. 
Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınaraq, bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulub. 
Təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Samux rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri