Icma.az
close
up
RU
Vətənini yaşadan beş medallı Şamo FOTO

Vətənini yaşadan beş medallı Şamo FOTO

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndi elə bir adam tapılmaz ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizə ürəkdən sevinməsin, onu öz həyatının ən əlamətdar hadisəsi bilməsin. Doğrudur, müharibə itkisiz, zəfər qurbansız olmadı.
30 il əsir Qarabağın yağılardan azad olmasında minlərlə Babək ürəkli, polad biləkli Vətən sevdalı igidimiz şirin canından keçdi. Vətən torpağının hər qarışı uğrunda misilsiz qəhrəmanlıqlar göstərən, 44 gün qorxu bilmədən dığalara qan qusduran, hazırda bizimlə bir sırada olan, xoş günlərimiz naminə qurub-yaradanlar da çoxdur. Özünü Vətənə, torpağa həsr edən, Astara elinin mərd oğlu Şamo İbrahimovun müharibə meydanında fədakarlığı, cəsurluğu heç zaman unudulmaz. Hər gələn nəsil ondan özünə nümunə götürəcək. Müharibə meydanında 44 gün sərasər vuruşan igidimiz Vətənə sipər etdiyi sinəsində indi beş - Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının azad edilməsinə görə medalları daşıyır. Bu da bir daha göstərir ki, Şamo qəlbindəki yurd, torpaq sevgisini zərurət anında xalq və dövlət yolunda təmənnasız xidmətə çevirə bilib. Vətəni yaşadan beş medallı Şamo
Şamo İbrahimov ömrünün 32-ci ilini yola salır. Vətən qeyrətli, el namusunu çəkən əqidəli bir gəncdir. Yüksək əxlaqi keyfiyyətləri ilə seçilir, cəmiyyətdə sağlam mənəvi ideallar yaradır, insanları saf, nəcib məqsədlərə yönəldir. Bütün bu gördükləri Şamonun iş dünyasından qaynaqlanır. Şamo ikinci Qarabağ müharibəsinə də könülü gedib. Ürəyinin istəyi isə mənfur erməni dığalarını müqəddəs Azərbaycan torpaqlardan qovub çıxartmaq olur. İgid əsgər baş tuşlayıcı kimi Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının alınmasında çox oddan-alovdan keçir. Ağır müharibə meydanlarında göstərdiyi mərdlik, qəhrəmanlıq döyüş yoldaşlarını da qələbəyə aparır. Köksündə əsl igid ürəyi döyünən Şamonu Vətənə olan ilahi sevgisi dəfələrlə ölümün pəncəsindən alır. Şanlı tariximizə qızıl hərflərlə yazılan zəfər xəbərini səngərdə eşidəndə ürəyi qürurdan dağa dönür.
Qəhrəmanımız deyir ki, Böyük zəfərlə bitən Vətən savaşının iştirakçısı olduğuma görə özümü xoşbəxt sayıram. Həm də qazanılan qələbə göstərdi ki, bizim müdrik, özünü Vətənə, xalqa həsr edən dövlət rəhbərinin arxasında qürurlu, cəsur, vətənpərvər gənclər durur. Belə bir xalqın parlaq gələcəyini heç bir qara qüvvə onun əlindən ala bilməz.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri