Toydan qayıdan şəxs maşını kanala aşırdı Bacısı oğlu öldü
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Astarada toydan qayıdan şəxslər avtomobil qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Astaranın Çayoba kəndində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Aslan Qasımovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə 2009-cu il təvəllüdlü İgid Salayev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Təqsirləndirilən şəxs cinayət işi üzrə Astara Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında bildirib ki, 21 sentyabr 2025-ci il tarixdə, axşam saat 21:25 radələrində Astara rayonunun Çayoba kəndində yerləşən restoranda olan toy məclisindən bacısıoğlu İgidlə birlikdə çıxıb. Avtomobili özü sürüb, İgid isə ön oturacaqda əyləşib. Hava yağışlı olduğu üçün yol sürüşkən olub. O, avtomobili təxminən 90-100 km/saat sürətlə idarə edib və bir anlıq sükan idarəetməsini itirib. Avtomobil əvvəlcə yolun sağ tərəfindəki su kanalına tərəf gedib, sonra sol ön hissəsi beton maneəyə dəyib. Bundan sonra sükanı yenidən yola yönəldib. Zərbə nəticəsində avtomobilin ön şüşəsi qırılıb və İgid şüşədən çölə çıxaraq yola düşüb. Sürücü avtomobili çətinliklə saxlayıb və yerə düşüb. O, İgidi yerdə hərəkətsiz vəziyyətdə görüb. Bir müddət sonra ətrafdan tanımadığı şəxslər gəlib kömək ediblər və hər ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada İgidin vəfat etdiyini öyrənib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı spirtli içkinin təsiri altında olmayıb, avtomobildə onlardan başqa heç kim olmayıb və onun müvafiq sürücülük vəsiqəsi olub.
Məhkəmənin hökmünə əsasən, A.Qasımov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib./e.huquq
Oxunub 60
Baxış sayı:49
Bu xəbər 08 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















