Icma.az
close
up
RU
Toylara uşaq aparmaq QADAĞAN OLUNUR? 7 10 yaşdan az...

Toylara uşaq aparmaq QADAĞAN OLUNUR? 7 10 yaşdan az...

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Rəsmi səbəb kimi balacaların məclisdə əl-ayağa dolaşa bilməsi göstərilsə də, bunun psixoloji izahı da maraqlıdır. Üstəlik, toy və digər səs-küylü, izdihamlı məkanlara uşaqların aparılması ümumiyyətlə nə dərəcədə düzgündür? Ən əsası isə belə yerlər uşaqların emosional rahatlığına və davranışına necə təsir edir?

Ölkə.az xəbər verir ki, psixoloq Samirə Bağırova “Yeni Sabah”a bildirib ki, bəy və gəlinin xüsusi günlərində irəli sürülən bu fikir, ən doğru addımdır. Onun sözlərinə görə, toyda uşaqların olması valideynləri daim nəzarət rejimində saxlayır:

“Sözsüz ki, diqqət edəndə bəzi valideynlərin heç vecinə də olmur ki, uşağı maneə yaradır. Qaçdı, yıxıldı, darıxdı, ağladı, yeməyi tökdü və sairə valideynin məclisdən zövq almasına mane olur. Müasir toylar əvvəlki toylar kimi deyil. Formal və idarə olunan bir toylara aylarla hazırlıq tədarükləri görülür. Cütlüklər özəl günlərinin ab-havasının planlaşdırdıqları kimi nəzarətdə qalmasını istəmələri təbii haldır. Xüsusi çıxışlar, rəqslər zamanı uşaqların qaçışı, ortalıqda dolanması  bu estetik görünüşü pozur. Toy mərasimi böyük ölçüdə böyüklər üçün nəzərdə tutulmuş tədbir olduğundan, uşaqlar üçün, uzun və yorucu gəlir, elə bu səbəbdən də, ortalıqda qaçaraq, yıxılaraq, rəqs edənlərə mane olaraq özləri də sıxılır:

S.Bağırova vurğulayıb ki, bu hal həm cütlüyə, həm də toya dəvət olunmuş digər qonaqlara qarşı hörmətsizlikdir:

“Bu səbəbdən də, öncədən xəbərdarlıq tam da uyğundur. Uşaqların beynində filtrasiya sistemi böyüklər qədər inkişaf etmədiyinə görə bu səs- küylü yüklənmə uşaqlarda hiperaktiv davranış şəklində qaçmaq, tullanmaq, yerə uzanmaq, ağlamaq, narhatlıq, əsəbilik şəklində özünü göstərir. Uşaq çox insanın arasında özünü kontroldan çıxmış mühitdə hiss edir. Bu isə onların beynində təhlükə siqnallarını aktivləşdirir. Çadır toy ilə restoran toyu çox fərqli olsa da, əvvəllər çadır toyunda hətta uşaqların maneəsi sərpayı tərəfindən ciddi nəzarətdə saxlanılırdı”.

Psixoloq 7-10 yaşlı uşaqların toy məclislərində iştirakını daha məqsədəuyğun hesab edir. Onun sözlərinə əsasən, psixi, fiziki və sosial davranış cəhətdən həmin yaş aralığındakı uşaqlar həmin mühitə ayaq uydura bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:446
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri