Icma.az
close
up
RU
Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Toylarda menyu dəyişir: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar”.

Bunu “Yeni Sabah”a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. O, bildirib ki, müasir toy məclislərində bu qədər israfçılığa ehtiyac yoxdur. A.Salamov Avropa ölkələrində toy süfrələrinin daha planlı təşkil edildiyini bildirib:

“Bu gün hər sahədə Avropalaşırıq, amma cibə faydalı məsələlərdə Avropalaşa bilmirik. Avropada toy məclislərində adətən İsveç masası qurulur. Yəni hər kəs istədiyi qədər məhsul götürüb yeyir. Mən 100-dən çox dəfə oradakı toy məclislərində iştirak etmişəm. Toyuqlu pizza

Onlarda menyu əvvəlcədən planlaşdırılır. İlk olaraq əsas menyu təqdim edilir və müəyyən məzələrin dadına baxılır. Daha sonra şorba və ya salat verilir. Ardınca isə süfrəyə ət təqdim olunur. Ətin miqdarı da 180 qramı keçmir. Hər şey kiçik porsiyalarla verilir və qonaqlar maşa servisi vasitəsilə istədikləri məhsulu götürürlər.

Bizim toylarda isə süfrədə hər şey olur. Lazım olub-olmamasından asılı olmayaraq isti və soyuq qəlyanaltılar, müxtəlif meyvələr, blinçik, toyuq, balıq, ləvəngi, balıq ruleti, salatlar, qutab, kabablar, bildirçin, tərəvəz kababı, plov, sonda isə tort və dondurma təqdim edilir. Bir insan bu qədər yeməyi yeyə bilərmi? Saydıqca qurtarmır. Bu qədər israfçılığa nə ehtiyac var?”.

Ekspert bildirib ki, keçmişdə toylar palatkalarda keçirilirdi və menyuda cəmi bir-iki növ yemək olurdu:

“Mən bir qida eksperti kimi məsləhət görərdim ki, toy süfrəsində 2-3 növ soyuq qəlyanaltı, ən çoxu 2 növ salat və bir neçə isti yemək olsun. Üstəlik, süfrədə çörək və lavaş da olur. İçkiləri isə ümumiyyətlə nəzərə almırıq.

Bizdə insanlar uzun illərdir “kim nə deyər” prinsipi ilə yaşayırlar. Düşünmürəm ki, bu ənənəni yaxın müddətdə qıra bilək. Amma ümid edirəm ki, gələcəkdə bu yanaşma dəyişəcək. Stereotiplərdən biri də budur ki, yeməyi az versək, toya az pul yazdırarlar. Filankəs 10 növ yemək verib, mən də 20 növ verim deyərək hamıdan üstün görünməyə çalışırlar.

Düşünürəm ki, bütün bunlar dəyişməlidir. Çünki həddindən artıq qida qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Musiqinin yüksək səslə səsləndirilməsi də ürəyə təsir edən amillərdəndir. Digər tərəfdən, burada israfçılıq və qida tullantıları məsələsi də var. Bu isə ətraf mühitə təsir göstərir və karbon emissiyalarının artmasına səbəb olur. Bütün bunları nəzərə almaq vacibdir”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri