Toylarda pul paylamaq və çoxlu qonaq dəvət etmək qadağan edilib
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özbəkistan hökuməti ötən il qəbul etdiyi və indi toylara dəvət olunan qonaqların sayını 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib.
Bu barədə Moderator.az yerli mətbuta istinadən xəbər verir.
Qeyd olunub ki, toylara dəvət olunan qonaqların sayı 200 nəfər, ənənəvi plov üçün isə 250 nəfərlə məhdudlaşır.
Birgə toy və iki plov mərasimi üçün icazə verilən qonaqların sayı sənədə əsasən müvafiq olaraq 250 və 300 nəfərdir.
Həmçinin pul və parça paylanması kimi həddindən artıq xərclərə səbəb olan və çox vaxt ailələr üçün dözülməz yükə çevrilən təcrübələri də qadağan edilib.
Hökumətin məhdudiyyətləri qeyd etmələrə gələn qonaqların sayını tənzimləməkdən çox, lazımsız maliyyə xərclərinin qarşısını almaq məqsədi daşıyır. Agentliyin məlumatına görə, bu, uzun müddətdir ki, ölkə əhalisi üçün aktual məsələ olub.
Sənəddə o da qeyd olunub ki, tədbirlərə ciddi nəzarət etmək və əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsinə yönəlmiş "Rasional istehlak" proqramı çərçivəsində qəbul edilib.
Baxış sayı:40
Bu xəbər 22 Sentyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















